Yuxarı

Leyla Əliyeva 3D qraffiti layihəsinin açılışında

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Leyla Əliyeva 3D qraffiti layihəsinin açılışında

Sentyabrın 25-də IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyi və "YARAT" Müasir İncəsənət Məkanının birgə təşəbbüsü ilə Bakı şəhərinin əsas istirahət mərkəzlərindən birində - Dədə Qorqud parkında 3D qraffiti layihəsinin açılışı olub.

AzərTAc məlumat verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva mərasimdə iştirak edib.

Layihə çərçivəsində çəkilmiş qraffiti əsərləri ictimaiyyəti ekoloji problemlər haqqında məlumatlandırmaq və insanların diqqətini bu problemlərə yönəltmək məqsədi daşıyır.

Açılış mərasimində bildirildi ki, gənc rəssamlar üçün yeni fəaliyyət istiqamətinin təbliği kimi Azərbaycanda ilk yerüstü qraffiti əsəri "Qafqazın böyük beşliyi"nə daxil olan heyvanları və onların qorunmasının vacibliyini özündə əks etdirir. Azərbaycan ərazisində məskunlaşan və nəsli kəsilmək təhlükəsi ilə qarşılaşan heyvan növlərinin qorunması üçün Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə 2012-ci ildə "Qafqazın böyük beşliyi" adlı layihəyə start verilib. Bu beşliyə qonur ayı, imperator qartalı, boz canavar, ceyran və Qafqaz bəbiri aiddir.

Hazırda Dədə Qorqud parkında sərgilənən əsərlərdən biri İngiltərədən dəvət olunan qraffitistlər – Eduard Şiron, Ceyms Titçner və Culiyan Fetin tərəfindən 3D formatında 5 gün ərzində işlənib. Burada xarici qonaqlarla yanaşı, Azərbaycandan olan qraffitistlərin Xəzər dənizinin ekoloji problemlərini, Heydər Əliyev Fondu və IDEA İctimai Birliyinin birgə start verdiyi "Ağacların kəsilməsinə yox" proqramını əks etdirən əl işləri də vardır.
Yerüstü 3D qraffiti əsərləri ilə oktyabr ayına qədər tanış olmaq mümkündür.

Tarix
2014.09.25 / 20:08
Müəllif
Axar.az
Digər xəbərlər

Qarabağda bunları görmək məni məyus etdi – BMT rəsmisi

Bu ölkə Qarabağda aqroşəhərcik tikəcək

Bu ərazi də PKK-dan təmizlənir – Tarixi proses başladı

Həyat yoldaşımla Şuşada daha çox qalmaq üçün... - Səfir

Qardaş ölkə Ermənistana səfir göndərdi - İlk dəfə

Qarabağa səfərlərin təşkili mühüm əhəmiyyətə malikdir

Diplomatlar Ağdərə və Kəlbəcərə yola düşdü

Trampın Ukrayna uğursuzluğunun səbəbi - Səfir açıqladı

Hikmət Hacıyev Şuşanın balaca sakinləri ilə görüşdü

Azərbaycana buna görə minnətdarıq - ABŞ

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla