Yuxarı

Bu gizli səs yazısı sübut etdi ki... – Rus ekspert

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda hər şey Nikol Paşinyanın istəyinə əsasən bir-birinə diktə edən qurumlara görə formalaşır.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya Siyasi Araşdırmalar İnstitutunun rəhbəri, politoloq Sergey Markov ATV-yə açıqlamasında Vanetsyan və Xaçatryan arasında Ermənistan siyasi gündəmini silkələyən gizli səs yazısının yayılmasına münasibət bildirərkən deyib.

“Bu telefon zəngi sübut etdi ki, hazırda Ermənistanda xüsusi xidmət orqanları hakimlərə göstəriş verir. Demək ki, bu, demokrayiya deyil, sadəcə olaraq, avtoritar rejimin rəhbərliyinə digərlərinin keçməsidir. Bu hadisə həm də onu isbat etdi ki, KTMT baş katibi Yuri Xaçaturovun, keçmiş prezident Robert Köçəryanın və digərlərinin həbsi məhz Nikol Paşinyanın şəxsi istəyi ilə olub”, - Markov vurğulayıb.

Qeyd edək ki, ötən gün Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyan və Xüsusi İstintaq Xidmətinin rəhbəri Sasun Xaçatryan arasındakı Robert Köçəryan, Ermənistanın sabiq müdafiə naziri Mikael Arutyunyan və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının hazırkı rəhbəri Yuri Xaçaturovun cinayət işi ilə bağlı gizli müzakirələrin əks olunduğu səs yazısı yayılıb.

Tarix
2018.09.12 / 23:26
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Əliyevin Berbokla görüşü keçirilir

Media məkanımızı bundan qorumalıyıq - Prezident

Həmvətənlərimiz Prezidenti belə qarşıladı - Video

Sülhə doğru əlavə addımlar atırıq - Prezident

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

COP29 qarşıdurma arenası olmayacaq - İlham Əliyev

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq... - Prezident

Berlində Əliyevə qarşı erməni aksiyası: Muxtarlı da ordadır

Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı olacaq

İlham Əliyev Almaniyada: Fotolar nələr “danışır”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla