Yuxarı

Süngülərinizi hazır edin, gəlir…

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaxşı, deyək ki, Fransa imperatorlarının Roma papalarından ilahi xeyir-dua əlaməti olaraq qəbul etdikləri tac keçmişin qalığıdır. Bəs, onda Osmanlı sultanlarının məscidi - Allah evini dövlət sarayına çevirmələrinə həqarət edənlərin məntiqi niyə belə birtərəfli işləyir?

“Alliluya” sədaları altında Allahı öz idarəçiliyinə yardıma səsləyən əksər Amerika prezidentləri bu gün də gəlib “Ağlama divarı”nın yanında səssiz dualar edib bir parça arzularını daşların arasına qoyanda, yaxud kilsə başçılarını andiçmə mərasimlərinə çağıranda sizcə hansı məqsədi güdürlər? Biz heç İncilə, Qurana, Tövrata basılan əllərdən hələ danışmırıq.

Əgər peyğəmbərləri seçilmiş bəndələr sayırsınızsa, onda Yer üzündə hökm sahibi olan və insanların taleyinə təsir göstərən hər kəsin onlarla müqayisə ediləcəyinə təbii baxmalısınız.

Lakin heç təəccüblü deyil ki, Musa peyğəmbərin son müdafiəçiləri Məhəmməd əleyhissəlamın üzərinə gələn selin qarşısına bircə dəfə olsun çıxmırlar. “Şarli Hebdo”nu gülləbaran etmək yox, ona cavab vermək, Quranı yandıranları süngüyə taxmaq yox, müqəddəsliklərin yanmazlığını sübuta yetirmək, islamın terror deyil, barış və sülh dini olduğunu göstərmək əvəzinə bizim hər sətrimizi zərrəbinlə izləməyə çıxanlar doğrusu məni çox sevindirir.

Demək, rəqiblərin nə düşündüyü sizlər üçün həyati əhəmiyyət daşıyır. Elə isə, “Heydər və İlham Əliyevi sevən siyasi “əhlibeytçilər” adlı yazıma hazır olun.

Söhbət dindən deyil, siyasətdən gedəcək. O üzdən sevgilərinizi və süngülərinizi hazır tutun!

Tarix
2018.09.13 / 11:05
Müəllif
Zahid Oruc
Şərhlər
Digər xəbərlər

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

Əliyev Berbokla görüşdü

Azərbaycanla Ermənistan arasında müharibə... - Pakayin

Media məkanımızı bundan qorumalıyıq - Prezident

Həmvətənlərimiz Prezidenti belə qarşıladı - Video

Sülhə doğru əlavə addımlar atırıq - Prezident

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

COP29 qarşıdurma arenası olmayacaq - İlham Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla