Yuxarı

Libermandan sonra NATO rəsmisi Bakıda... – Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan bu gün heç bir hərbi blokun üzvü deyil və öz müstəqil hərbi siyasətini yeridir.

Bu sözləri Axar.az-a son zamanlar Qərb nümayəndələrinin Azərbaycana artan səfərlərinin səbəbi ilə bağlı məsələyə münasibət bildirən politoloq Arzu Nağıyev deyib. O bildirib ki, NATO baş katibinin müavini xanım Rouz Hotemüllerin Azərbaycana səfərindən öncə İsrail Müdafiə naziri Aviqdor Libermanın səfərini də dəyərləndirmək məqsədəuyğundur:

“Bu görüşlərə müxtəlif aspektlərdən yanaşmaq lazımdır. Birincisi, Libermanın səfərinin əsas məqsədi Azərbaycanla İsrail arasında iqtisadi, siyasi, mədəni və hərbi cəhətdən çox mühüm əlaqələrin olmasını bir daha göstərməkdir. Eyni zamanda Azərbaycanda böyük yəhudi icmasının olması və o vaxt SSRİ-dən köçərək İsraildə məskunlaşmış həmvətənlərimiz bizi birləşdirir. Bundan başqa, İsrail bu gün Azərbaycanla hərbi texnikanın alışı, kadr potensialının yetişdirilməsi ilə bağlı mühüm əlaqəsi olan ölkələrdəndir. İsrailin Müdafiə naziri Libermanın Azərbaycana səfəri bir neçə gün çəkdi. Və bu səfər çərçivəsində Azərbaycanın güc strukturlarının rəhbərləri ilə də Libermanın görüşləri baş tutdu. Bütün bunlar regionda Azərbaycanın İsrailin bir nömrəli tərəfdaşı olmasından xəbər verir”.

Politoloq NATO-nun baş katibinin müavininin Azərbaycana gəlməsinə də münasibət bildirib:

“NATO-nun sülhməramlı regional və qlobal məsələlərin həllində keçirdiyi bütün tədbirlərə Azərbaycan müsbət istiqamətdə öz töhfəsini verir. Bundan başqa NATO-nun yüksək səviyyəli təlimlərində Azərbaycan iştirak edir. Digər tərəfdən bir sıra daşınmaların həyata keçirilməsində Azərbaycanın çox əhəmiyyətli rolu var. Bütün bunlar onu göstərir ki, Azərbaycanı həm NATO, həm İsrail müttəfiq kimi qəbul edir”.

Politoloq qeyd edib ki, istər BTQ, istər Şimal-Cənub Dəhlizi, istərsə də Xəzər dənizi vasitəsi ilə daşınmalarda Azərbaycan strateji əhəmiyyətli rol oynayır:

“Eyni zamanda bir sıra başqa məqamlarda da Azərbaycanın mühüm rolu olduğuna görə NATO ikitərəfli əlaqələri inkişaf etdirməkdə maraqlıdır. Buna görə də Azərbaycanı eyni müstəvidə bir partnyor, tərəfdaş kimi qəbul edir. Digər tərəfdən Azərbaycanın bugünkü ordusu NATO standartlarına cavab verir. Azərbaycan Türkiyə kimi NATO-nun üzvü olan dövlətlə hərbi tərəfdaşlıq edərək, demək olar ki, bütün texnikadan istifadə etməyi bacarır”.

Tarix
2018.09.22 / 08:45
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Nikolun “modeli”ni bəyanatda kim tapsa, 500 dollar verəcəm

Xoyskinin Rəsulzadəyə məktubu: Bu ərazini ermənilərə vermək...

Təbrizin qızıl bazarında satıcılar tətilə başladı - Foto

Bakıda 12 nəfərin ölümü ilə nəticələnən terakt - Foto

Paşinyan: Orda sərhədçi dursa, 8-ci gün…

Ermənistan arxivindən şok sənəd: Başkənd kimin ərazisidir? - Foto

Azərbaycan bu ölkəyə əlavə enerji resursları göndərə bilər

Türkiyə NATO qərarını verdi: Onu dəstəkləyəcək!

Astananın Bayramov-Mirzoyan görüşü haqda bəyanatı…

Azərbaycanla Çin arasında memorandum müzakirəsi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla