Yuxarı

İŞİD, YPG, PKK… - Türkiyə nə etməlidir?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İŞİD, YPG, PKK… - Türkiyə nə etməlidir?

"Amerika fikrini dəyişməsə, Türkiyənin Kobani ilə bağlı qərarı elə humanitar yardım olaraq qalacaq".

Bunu Axar.az-a açıqlamasında politoloq Fərhad Mehdiyev Türkiyə sərhədlərində baş verənləri şərh edərkən deyib. Onun sözlərinə görə, Türkiyə İŞİD-lə bağlı qərarında doğru mövqedədir:

"Hal-hazırda Türkiyənin İŞİD məsələsindəki tutduğu mövqe tamamilə haqlıdır. Əvvəla, Amerikanın İŞİD vurulduqdan sonra Bəşər Əsəd ilə nə edəcəyi məlum deyil. Türkiyə də Əsadlə körpüləri xeyli yandırıb, çətin ki, yenə uzlaşma olsun. Digər tərəfdən, İŞİD və Əl-Nusranın olmadığı Suriyada YPG yenə at oynadacaq. Türkiyəyə sabit və bölünməmiş Suriya lazımdır. Buna görə qan tökməyə dəyər. Yoxsa tələyə düşmüş ola bilərlər. Hələ ki, İŞİD YPG-ni dağıdır. Hesab edirəm ki, Türkiyə son qərarını hələ verməyib. Amma Amerika fikrini dəyişməsə, sözügedən məsələ elə humanitar yardım olaraq qalacaq".

Politoloqun sözlərinə görə, Türkiyədə indi vəziyyət bir az tamam fərqli istiqamətə doğru yan alıb:

"Türkiyədə KCK, HDP, BDP teror təşkilatları dövlətə qarşı savaş elan edib. Bu təşkilatlar əməlli başlı aksiyalara başlayıblar. Çünki onların Kürdüstan planı suya düşə bilər. Kobaninin İŞİD-dən təmizlənib-təmizlənməməsindən asılı olmayaraq, bu savaş sona çatmayacaq. Ərdoğan ölkəyə nəzarəti əldən verməyəcək. Fürsətdən istifadə edib, üsyançı kürdləri Suriyaya köçürərsə, bu çox müsbət hal olar. Lakin o, bunu etməyəcək".

F.Mehdiyev onu da qeyd etdi ki, İŞİD-in Kobanidən sonra Bərzaninin Kürdistanına yönəlməsi istisna deyil. Bu da o halda mümkün ola bilər ki, maliyyə və sursat dəstəyi kəsilmiş olsun.

Tarix
2014.10.08 / 22:06
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Bakının bu tələbini yerinə yetirəcəyik - Poqosyan

Pənah Hüseyn partiya sədrliyindən istefa verdi

ABŞ-ın Ankara və Bakı ilə bağlı yeni planı: Rusiya ilə birləşir

Ceyhun Bayramov pakistanlı həmkarı ilə görüşdü

Qazimiz də rus ordusuna qoşuldu: Qarşısını necə alaq?

Ramiz Mehdiyev bu iki nazirdən çəkinirdi

Eldar Mahmudova görə vəzifədən getdim - Eks-nazir

Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi

Rusiyada saxlanılan Niyaz Zahidov Azərbaycandan deport edilib

Səudiyyədə əmlak sahibi olmaq istəyənlərin diqqətinə!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla