Yuxarı

Ərdoğan Səudiyyəni bir anda məhv edə bilər – Sensasiya

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qaşıqçı olayından sonra Səudiyyənin Rusiya və Çinlə yaxınlaşacağına inanmıram.

Bunu Axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq Qaşıqçı olayı ilə böyük səhvə yol verən Səudiyyənin manevr imkanlarının getdikcə daraldığını bildirib:

“Ər-Riyadın Avropa dövlətləri və ABŞ-la müttəfiqlik münasibətlərini pozub, Çin və Rusiyanın tərəfinə keçməsi mümkünsüzdür. Çünki Səudiyyənin mövcud rejimi ABŞ-ın dəstəyi sayəsində ayaq üstündə durur. Trampın dediyi kimi, əgər ABŞ əlini Səudiyyənin üzərindən çəksə, mövcud hakimiyyət bir həftəyə tamamilə çökə bilər. Hazırda Səudiyyə ilə ABŞ arasında yüzmilyardlarla dollar dəyərində hərbi müqavilə imzalanıb. Bu müqaviləyə görə, ABŞ tərəfindən Səudiyyəyə bir çox müasir və modern silahlılar göndəriləcək. Bu baxımdan da Qaşıqçı olayından sonra Səudiyyənin Rusiya və Çinlə yaxınlaşacağına inanmıram”.

Politoloq hazırda Səudiyyənin vəziyyətinin kritik olduğunu vurğulayıb:

“Səudiyyə artıq bununla neçənci dəfədir ki, insan haqlarını kobud surətdə pozur, xüsusilə də jurnalistlərə qarşı amansız münasibət sərgiləyir. Üstəlik, hadisə baş verənədək Türkiyənin xüsusi xidmət orqanları Səudiyyənin İstanbuldakı Baş Konsulluğunu ciddi nəzarət altına alaraq, olay yerindən audio və video görüntülər əldə edə bilib. Bu görüntülər yayılmasa da, Ədoğanın əlindədir. Bir çox icmalçılar həmin faktları Ərdoğanın əlində Səudiyyəyə qarşı partlamamış bomba kimi qiymətləndirirlər. Əgər Ərdoğan baş vermiş qətlin bütün təfərrüatını açarsa, onda ABŞ və Səudiyyə arasında münasibətlər həddindən artıq gərginləşəcək. Hər halda yaxın zamanlarda hadisənin bütün detalları açıqlanacaq və Səudiyyə Qaşıqçı olayına görə bu və ya digər formada cavab verməli olacaq”.

Qeyd edək ki, səudiyyəli müxalif yazar, “Vaşinqton Post”un müxbiri Camal Qaşıqçı İstanbulda Səudiyyə Ərəbistanı Konsulluğuna daxil olub və yoxa çıxıb. Qaşıqçının Ər-Riyaddan gələn xüsusi qrup tərəfindən öldürüldüyü iddia edilir.

Tarix
2018.10.16 / 09:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Türkiyə İsraillə ticarəti kəsdi: milyardlardan imtina etdi

Kupman Bakıda: Hacıyevlə görüşdü - Foto

Bakı Forumunun yekununda Bəyannamə qəbul edildi

NATO tankları Moskvanın mərkəzində - Foto

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla