Yuxarı

Vaxt bitdi: Rusiya Türkiyə üçün əlavə zaman tanıyacaq?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə və Rusiya prezidentləri arasındakı İdlib razılaşmasının müddəti oktyabrın 15-də bitdi.

Axar.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib. Siyasi şərhçi bildirib ki, Ankara bacardığını edir, ağır texnikanın böyük hissəsi şəhərdən çıxarılıb:

“Ancaq terrorçuların təslimatı hələ ləng gedir. İdlib terrorçuların Suriyadakı ən böyük son qalasıdır və bu qalanı əldən vermək istəmirlər. Bu vəziyyəti fürsət bilən Bəşər Əsəd rejimi İdlibin hələ də terrorçuların əlində olduğunu əsas gətirərək bildirib ki, hücum haqqında düşünmək lazımdır. Əsəd rejiminin məqsədi bəllidir: Rusiya ilə Türkiyəni toqquşdurmaq və bundan öz məqsədləri üçün istifadə etmək. Moskva hələ ki, müttəfiqi Əsədin oyununa gəlmir və İdlibin tərk-silah edilməsi ilə bağlı bir müddət də gözləyə bilər”.

Politoloqun sözlərinə görə, Ankara yaxın müddətdə İdlibin danışıqlar yolu ilə tərk-silahına nail olmasa, Rusiyanın səbri tükənməyə başlayacaq:

“Çünki oyunu pozmaq istəyən yalnız Əsəd deyil. Suriyadakı radikal qrupları dəstəkləyən Səudiyyə Ərəbistanı da İdlibin təslim olmasında maraqlı deyil. Eyni zamanda, ABŞ da İdlib məsələsində Türkiyə-Rusiya işbirliyinin alınmasını istəmir”.

Qeyd edək ki, bir müddət öncə Türkiyə və Rusiya Soçidə İdlibdə müxalifət və hökumət qüvvələrinin demilitarizasiya zonasından geri çəkilməsi haqqında razılıq əldə etmişdilər.

Tarix
2018.10.16 / 11:08
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

İbrahim Rəisi sağdırmı? – İrandan şok qərarlar...

İran mediası Rəisi ilə bağlı bu xəbəri sildi

Sərhəddə açılış: İlham Əliyev və Rəisi iştirak etdi - Yeniləndi

İlham Əliyev Rəisi ilə görüşdü - Foto

XİN Türkiyədəki bu bayramla bağlı paylaşım etdi

Bayrağımız niyə oxşardır? Paris Bakıdan nə istəyir?

Mierinyanın Füzuli səfərində diqqət çəkən detal - Foto

Polis erməni deputatları sərhədimizə buraxmadı

İran-Azərbaycan əlaqəsi təkcə qonşuluq deyil – Rəisi

İran-Azərbaycan dostluğu sarsılmazdır - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla