Yuxarı

Ermənilər bir rayonu qaytara bilərdilər - Trofimçuk

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda stabilliyin pozulması və digər faktorları nəzərə alsaq, Qarabağ münaqişəsinin “dondurulması” uzun müddət davam edə bilməz.

Axar.az xəbər verir ki, bu fikirləri Oxu.az-a açıqlamasında rusiyalı politoloq, Rusiyanın Elmi Tədqiqatların Dəstəklənməsi Fondunun Ekspertlər Şurasının sədri Qriqori Trofimçuk deyib. Onun sözlərinə görə, Qarabağ ətrafındakı Azərbaycan rayonlarının geri qaytarılması ilə bağlı danışıqlar həqiqətən də çoxdur. Ancaq bu, danışıqdan başqa bir şey deyil, çünki “Lavrov planı” deyilən bir şey yoxdur.

“Hətta Sergey Lavrov özü də demişdi ki, istənilən son 25 ildə qəbul edilən sənədlər əsasında belə “plan” təşkil edə bilər. Əgər bu gün Moskva belə bir addım atsaydı, Ermənistanı itirərdi”, - politoloq bildirib.

Müsahib əlavə edib ki, Moskva İrəvanı belə şantaj edə bilməz, çünki ermənilərin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının bir hissəsi olmasını və digər faktorları nəzərə alsaq, bunun vəziyyəti gərginləşdirəcəyi aydındır.

Politoloqun fikrincə, 2014-cü ilə qədər Ermənistan ilk olaraq rayonlardan birini Azərbaycana qaytara bilərdi. “Əminəm ki, Azərbaycan burada nümunəvi iqtisadiyyat quracaqdı. Və bu Bakıda yaxşı alınardı”, - ekspert qeyd edib.

Trofimçuk bəyan edib ki, indi bunu etmək olmaz, çünki ümumi regional və geosiyasi parametrlər sərtləşdirilib.

“Güclü dünya oyunçularının maraq zonasına daxil olan, eyni zamanda, burada bioloji laboratoriyaların yerləşdirilməsi planını nəzərə alaraq, Qarabağ və ətrafındakı rayonlara xüsusi əməliyyat meydanı kimi baxmaq lazımdır”.

"Ermənistanın köməyilə “yiyəsiz” yerə çevrilən bu ərazidə belə obyektlər yerləşdirmək çox asandır. Əlbəttə, Azərbaycan Qarabağ və ətrafındakı rayonları qaytara bilər. Ancaq təsəvvür edin ki, bu zaman Cənubi Qafqazda vəziyyət necə olacaq və bu “yanan plazma” nələrə səbəb olacaq. Burada lokal və izolyasiya edilmiş müharibə olmayacaq”, - Trofimçuk bildirib.

Tarix
2018.10.17 / 21:30
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Xankəndidə sahibkarlar işə başladı - Video

İYİ Partiyasının yeni sədri məlum oldu

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Titusun Azərbaycana qərəzi: 44 rəqəmini seçdi... - Foto

Mülki əhali demək olar ki, hər gün təhlükə ilə üzləşir

4 kəndin qaytarılması bu istiqamətdə güclü addımdır

ABŞ-da Azərbaycan və Türkiyə səfirləri görüşdü

Buna görə müstəqil olmadıq, başqalarından asılı yaşadıq

COP29 Qafqazda sülh prosesinə kömək edə bilər - Qafarov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla