Yuxarı

“Ermənistan Aİ ilə təhlükəli oyuna girib”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Ermənistan Aİ ilə təhlükəli oyuna girib”

"Biz azərbaycanlıların qanı və malı üzərində istehsal edilən Dağlıq Qarabağ məhsullarının Rusiya, Qazaxıstan və Belarus bazarına azad girişinə seyrçi qala bilmərik".

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib. O, Ermənistanın bu quruma üzvlüyünün absurd olduğunu bildirib:

"Ermənistanın Gömrük İttifaqına və Avrasiya İqtisadi Birliyinə üzvlüyü absurddur. Çünki Ermənistanın bu quruma üzv olan dövlətlərin heç biri ilə sərhədi yoxdur. Adı Gömrük İttifaqıdır, ancaq Ermənistanın bu birliyə üzv olan ölkələrin heç biri ilə gömrük əlaqəsi yoxdur. Üstəlik, Ermənistan təhlükəli oyuna girişərək Dağlıq Qarabağı da qeyri-rəsmi şəkildə bu birliyə üzv etmək istəyir. Başqa sözlə, Azərbaycanın işğal altındakı torpaqlarında istehsal olunan məhsulları Ermənistan üzərindən Rusiya, Belarus və Qazaxıstanın bazarına daşımaq istəyir. Buna yol vermək olmaz. Ona görə də yaxın tərəfdaşlarımız olan Qazaxıstan və Belarus vasitəsilə bu təhlükəli oyuna "yox" deməli, Ermənistan hakimiyyətinin bu planlarını pozmalıyıq. Əks halda Azərbaycanla Gömrük İttifaqına və Avrasiya İqtisadi Birliyinə üzv olan dövlətlərlə münasibətlərində gərginlik yarana bilər. Biz azərbaycanlıların qanı və malı üzərində istehsal edilən Dağlıq Qarabağ məhsullarının Rusiya, Qazaxıstan və Belarus bazarına azad girişinə seyrçi qala bilmərik".

Qeyd edək ki, bu gün Ermənistan Avrasiya İttifaqına üzv olmalıdır.

Tarix
2014.10.11 / 09:00
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

İran Xəzər adından niyə hürkür? - Tarixçi

Erməni rəqqas Bakıdan yazdı: Bədbəxt insanlar…

Tramp uduzdu: Ukrayna və İran siyasəti dəyişəcək?

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Prezidentə təbriklər davam edir

Pakistan prezidenti İlham Əliyevə məktub göndərdi

47 min Qarabağ ermənisi vətəndaşlıq aldı

Rusiya bu silahı təklif edir - Azərbaycan alacaq?

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla