Yuxarı

Səməd Seyidov ABŞ-a baletə baxmağa getdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Səməd Seyidov ABŞ-a baletə baxmağa getdi

Oktyabrın 11-də Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatının San Dieqo şəhərində dahi Azərbaycan bəstəkarı Qara Qarayevin "Yeddi Gözəl" baletinin Amerika premyerası gerçəkləşib.

Bu barədə Axar.az-a Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

San Dieqonun Civic Teatrında baş tutan premyeraya Azərbaycandan da nümayəndə heyəti qatılıb. Heyətin tərkibinə ARDNŞ-in vitse-prezidenti Xaliq Məmmədov, Milli Məclisin deputatı, Azərbaycan Dillər Universitetinin rektoru professor Səməd Seyidov, Milli Məclisin deputatı Asim Mollazadə, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, Mədəniyyət va Turizm Nazirliynin nümayəndəsi Azadə Huseynova, dirijor Eyyub Quliyev, xalg artisti, xoreograf Mədinə Əliyeva daxil edilib.

Baletin libbrettosu, xoreografiya va səhnələşdirilməsini Civic Teatrinin bədii rəhbəri Xavyer Velasko həyata keçirib. Tanınmış dirijor Randall Tviidin rəhbərliyi altında Grossmont Simfonik Orkestri tərəfindən ifa olunan Q.Qarayev musiqisi bu teatrın səhnəsində möhtəşəm səslənib. Randall Tviidin tamaşadan öncə verdiyi açıqlamada Qara Qarayevin musiqisinin ecazkarlıgından danışıb, dinlədiyi ilk dəqiqələrdən ona valeh olduğunu və mütləq geniş tamaşaçı kütləsi qarşısında Qarayev yaradıcılığını ifa etmək arzusunda oldugunu söyləyib.

Tarix
2014.10.12 / 12:20
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...

Köhnə qvardiya YAP rəhbərliyinə qayıtdı - Detallar

DTX-dən xəbərdarlıq: Süni intellektlə dələduzluq... - Video

DOST Agentliyinin Müşahidə Şurası iclas keçirdi

AB Şurasının üzvləri Şuşada - Foto

Bunlar dünyanın iki supergücüdür, üçüncüsü yoxdur!

Bu halda III Zəfər Tağı İrəvanda ucaldıacaqdı

Bizə qarşı olan bir zərbəyə 10 zərbə qaytarırıq...

Təhlükəsizlik üçün 9 milyard manat ayrılacaq

Prezident onu Bakı cəlladı adlandırdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla