Yuxarı

Prezident Fələstinin Xarici İşlər nazirini qəbul etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezident Fələstinin Xarici İşlər nazirini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Fələstin Dövlətinin xarici işlər naziri Riyad əl-Malikinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Axar.az Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, Fələstinin xarici işlər naziri Riyad əl-Maliki Prezident Mahmud Abbasın salamlarını dövlətimizin başçısı İlham Əliyevə çatdırdı. O, Azərbaycanın Fələstinə verdiyi dəstəyin və göstərilən humanitar yardımın ölkəsində yüksək qiymətləndirildiyini dedi. Riyad əl-Maliki Azərbaycanın BMT Təhlükəsizlik Şurasına sədrliyi dövründə, ondan əvvəl və sonra bu dəstəyi daim hiss etdiklərini məmnunluqla qeyd etdi.

Azərbaycan Prezidenti İlham Əliyev Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasın ölkəmizə uğurlu səfərini məmnunluqla xatırladı. Ölkələrimiz arasında dostluq əlaqələrinin yaxşı tarixə malik olduğunu vurğulayan dövlətimizin başçısı beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın və qarşılıqlı dəstəyin bundan sonra da davam etdiriləcəyinə əminliyini ifadə etdi.

Prezident İlham Əliyev Prezident Mahmud Abbasın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Fələstin Dövlətinin başçısına çatdırmağı xahiş etdi.

Tarix
2014.10.15 / 16:50
Müəllif
Axar.az
Digər xəbərlər

"Palmali"dən vurulan gəmi ilə bağlı açıqlama

Qardaşlığımıza zərbə cəhdinin arxasındakı ölkələr...

Azərbaycanlının ekstradisiyasına imkan verməməliyik

Prezident Lord Anas Sarvarı qəbul etdi - Foto

Bakı bunu bilən kimi dərhal İrəvana məlumat verib

Ermənistan əsgərimizi geri qaytaracaq? - Paşinyan

FTB direktoru erməni əsilli müğənni ilə nişanlandı

Mustafayev Rusiyada Overçuk və Emin Ağalarovla görüşdü

Arakçı Azərbaycandakı səfirə təlimatlar verdi

XİN-dən vurulan gəmi ilə bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla