Yuxarı

Polad Bülbüloğlu ilin səfiri oldu - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Polad Bülbüloğlu ilin səfiri oldu - Foto

Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) İctimai Birliyinin üzvlərini qəbul edib.

Trend xəbər verir ki, görüşdə ASGA-nın təsisçisi və sədri Səbuhi Abbasov qəbula görə P.Bülbüloğluna təşəkkür edib və rəhbərlik etdiyi İctimai Birlik haqqında məlumat verib. ASGA tərəfindən həyata keçirilən "Azərbaycanın müstəqilliyinin qazanılmasında və möhkəmləndirilməsində ulu öndər Heydər Əliyevin rolu" adlı layihə çərçivəsində ümummilli liderin irsinin araşdırılması və təbliği istiqamətində görülən işlərdə Azərbaycanın diplomatik nümayəndəliklərinin rolunu qeyd edən təşkilat sədri bununla bağlı azərbaycanlı gənclər, eyni zamanda, Azərbaycanın KİV və QHT nümayəndələri arasında sorğu aparıldığını bildirib. O, qeyd edib ki, sorğunun nəticələrinə əsasən səfir P.Bülbüloğlu respondentlər tərəfindən "İlin səfiri" mükafatına layiq görülüb.
Sonra mükafat P.Bülbüloğluna təqdim edilib.

Mükafata görə ASGA-nın üzvlərinə və sorğuda iştirak etmiş hər bir respondentə təşəkkürünü bildirən səfir mükafatı səfirliyin hər bir diplomatına verilən qiymət kimi dəyərləndirib. Həmçinin P.Bülbüloğlu Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan-Rusiya münasibətlərinin inkişaf etdiyini bildirib və son dövr ərzində iki ölkə arasında həyata keçirilən yüksək səviyyəli qarşılıqlı səfərləri qeyd edib.

Azərbaycanın Rusiyadakı səfiri iki ölkənin ictimai-siyasi həyatında, xalqlarımız arasında ənənəvi dost və qonşuluq münasibətlərinin inkişafında gənclərin rolunu xüsusi vurğulayıb, bu əlaqələrin daha da möhkəmləndirilməsi üçün gənclərin gələcəkdə də mövcud olan ənənəni davam etdirməli olduqlarını söyləyib. Bu müstəvidə P.Bülbüloğlu Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın sədri olduğu Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (AMOR) fəaliyyəti, onun keçirdiyi tədbirlər haqqında məlumat verib.

Görüşün sonunda səfir ASGA üzvlərinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Tarix
2014.10.16 / 20:56
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev bu qurumların rəhbərlərini qəbul etdi

Bu ölkədə "ASAN xidmət" modelinin tətbiqinə dəstək veriləcək

Erməni separatçılarının Bakıda məhkəməsi keçirildi

Azərbaycan axtarışda olan iki nəfəri bu ölkəyə təhvil verdi

Baş nazir bu əsasnaməni təsdiq etdi

Əli Əsədov iclas keçirdi

Ermənistana propan və gübrə göndərildi

İlham Əliyevə bu məlumatı verdim - Bayraqdar

Kreml Türkiyəni bu cür hədələdi – Nə baş verir?

ABŞ İranda elə yerlərə zərbə endirdi ki...

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla