Yuxarı

Azərbaycanın Xarkovda konsulluğu açıldı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanın Xarkovda konsulluğu açıldı

Oktyabrın 16-da Xarkovda, Petrovski-7 ünvanında Azərbaycanın fəxri konsulluğunun açılışı mərasimi olub.

Diplomatik müəssisənin açılış mərasimində Azərbaycan və Ukrayna XİN nümayəndələri, diplomatik korpusun üzvləri, konsul dairəsinin əhatə etdiyi şəhər və vilayətlərin rəhbərləri iştirak ediblər. Xəbəri AzərTAc-ın xüsusi müxbiri verib.

Konsulluq dairəsinə Xarkov vilayətindən başqa, Dnepropetrovsk, Zaporojye, Poltava, Sumı və Çerniqov vilayətləri də daxildir.

Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli tədbirdəki çıxışında Prezident İlham Əliyevin Ukrayna ilə qarşılıqlı münasibətlərin genişlənməsinə böyük əhəmiyyət verdiyini xatırladıb.

Azərbaycanın Xarkovdakı fəxri konsulu Əfqan Salmanov bildirib ki, qarşılıqlı investisiyaların həcminin artırılmasında, ticarətin gücləndirilməsində, Azərbaycanın və Ukraynanın inkişafı üçün əlverişli işgüzar şərait yaradılmasında maraqlıdır. Həmçinin turizm, təhsil, idman sahəsində də əməkdaşlığın inkişafına çalışacağıq.

Xatırladırıq ki, Əfqan Fəqan oğlu Salmanov 1967-ci il aprelin 20-də Zərdab şəhərində anadan olub. Xarkovda iki ali məktəb bitirib, iqtisadçı və mühəndis-iqtisadçı ixtisaslarına yiyələnib. 2003-cü ildən Sumı Vilayət Sovetinin deputatıdır, hazırda aqrar-sənaye kompleksi məsələləri üzrə daimi deputat komissiyasının üzvüdür. 2008-ci ildən "UK.AZ.Dostluq" MMC-nin həmtəsisçisidir.

Tarix
2014.10.16 / 22:57
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov Arakçıya başsağlığı verdi

Ərdoğan Türk dövlətlərini təbrik etdi

YAP-ın VIII Qurultayı əlamətdar hadisə oldu

Azərbaycanın güclü dövlətə çevrilməsinin istinad nöqtəsi...

Əliyev ad çəkmədi, amma mesaj verdi: Qat-qat baha almışıq!

İlham Əliyev İraq prezidentini təbrik etdi

Azərbaycanla Koreya arasında əlaqələr... - Prezident

Prezident Frank-Valter Ştaynmayerə məktub göndərdi

Azərbaycan buna sadiqdir! - XİN-dən açıqlama

Putin bu türk ölkəsini işğal etmək istəyir - Zelenski

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla