Yuxarı

ABŞ seçkisi: Rusiyaya qarşı sanksiyalar sərtləşir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Rusiyaya qarşı sanksiyaları daha da sərtləşdirəcək.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Rasim Musabəyov deyib.

“ABŞ-da aralıq seçkilərində demokratlar 2008-ci ildən bu yana ilk dəfə Nümayəndələr Palatasında çoxluq əldə etdilər. Ancaq Respublikaçılar Senatda üstünlüyü qoruyub saxladı. Bu durum beynəlxalq siyasət baxmından Rusiya-ABŞ münasibətlərinə çox ciddi təsir etməyəcək. Çünki respublikaçılar da Rusiyaya qarşı sərt sanksiyaların tərəfdarı idilər. Ancaq istənilən halda demokratların qələbəsi Rusiya üçün arzuolunan deyil. Belə ki, ABŞ Ukraynaya dəstəyini artıracaq, Rusiyaya qarşı isə sanksiyaları daha da sərtləşdirəcək”, - deputat bildirib.

Deputat yaxın zamanlarda Rusiya və ABŞ prezidentlərinin görüşünü də istisna etməyib:

“Düzdür, liderlərin bundan öncə gözlənilən görüşü baş tutmadı. Tramp bu görüşə ehtiyac olmadığını açıqladı. Buna baxmayaraq, Argentinada İyirmiliyin sammitində Putinlə Trampın görüşü gerçəkləşə bilər. Hesab edirəm ki, bu görüş baş tutsa belə, Rusiya-ABŞ münasibətlərində ciddi dönüş baş verməyəcək”.

Tarix
2018.11.09 / 13:17
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

General Heydər Əliyevin DTX-dakı işindən danışdı

Prezident Sus kəndində sakinlərlə görüşdü - Foto

Prezident ekskovatoru belə idarə etdi - Video

DTX-də Heydər Əliyevlə bağlı tədbir keçirildi - Foto

Prezident Şuşa rayonunda bu qəsəbənin təməlini qoydu

Tavuşda demarkasiya müdafiəni çökdürəcək – Xaçatryan

Prezident və xanımı Şuşada... - Foto

Ermənilərə bu əminliyi onlar vermişdi - Prezident

Ombudsman BMT-nin komitə üzvü ilə görüşdü - Foto

Füzuli hava limanından yeni görüntülər - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla