Yuxarı

Avropa Şurasının nümayəndə heyəti Ali Məhkəmədə

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkəmizdə səfərdə olan Avropa Şurası İnsan hüquqları və qanunun aliliyi üzrə baş departamentinin insan hüquqları məsələləri üzrə direktoru Kristof Poirelin başçılıq etdiyi nümayəndə heyəti noyabrın 14-də Ali Məhkəmənin sədri Ramiz Rzayev ilə görüşüb.

Ali Məhkəmənin mətbuat xidmətindən Axar.az-a bildiriblər ki, görüşdə Ramiz Rzayev Azərbaycanın məhkəmə sistemi və Ali Məhkəmənin fəaliyyəti barədə qonaqlara ətraflı məlumat verib. Ali Məhkəmənin sədri İnsan Hüquqları üzrə Avropa Məhkəməsi ilə işgüzar əlaqələrdən söhbət açaraq, beynəlxalq hüquqi aktlara, xüsusən də “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın müddəalarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin president hüququna istinad olunduğunu bildirib. Qeyd olunub ki, hər həftə Ali Məhkəmədə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qəbul etdiyi qərarlarla bağlı seminarlar keçirilir. Məhkəmə sisteminə hakim vəzifəsinə seçim prosedurları Avropa standartlarına uyğunlaşdırılıb və bu, təqdir olunur. Azərbaycanda elektron məhkəmə sisteminin yaradılması ilə bağlı işlər davam etdirilir.

Ramiz Rzayev Avropa Şurasının üzvü olan ölkələrlə məhkəmə-hüquq sahəsində əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verildiyini vurğulayaraq, bu əməkdaşlığın ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində uğurla inkişaf etdiyini diqqətə çatdırıb.

Sonra nümayəndə heyətinin üzvlərini maraqlandıran suallar cavablandırılıb.

Tarix
2018.11.14 / 20:49
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu təşkilat bir adamın əlində alətə çevrilməməlidir

Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan

Əliyevi gözləyirik, Nikol isə gəlməlidir. Əgər gəlməsə…

Türkiyə İsraillə ticarəti kəsdi: milyardlardan imtina etdi

Kupman Bakıda: Hacıyevlə görüşdü - Foto

Bakı Forumunun yekununda Bəyannamə qəbul edildi

NATO tankları Moskvanın mərkəzində - Foto

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla