Yuxarı

Libermanın istefasında hədəfi: HƏMAS və seçki...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Libermanın istefası İsrail hökumətinin dağılmasına və ölkə parlamentinin buraxılmasına gətirib çıxarmayacaq.

Bu sözləri Axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Onun sözlərinə görə, İsrailin Müdafiə naziri Aviqdor Libermanın istefaya getməsinin iki əsas səbəbi var:

“Birincisi, İsrailin əsas strateqi Liberman hökumətin HƏMAS-la atəşkəs və problemin bundan sonra danışıqlar yolu ilə həll edilməsi yönündə əldə etdiyi razılığın tərəfdarı deyildi. Zənnimcə, Liberman buna görə istefaya getməməliydi. Çünki təkrar hərbi əməliyyatlar onun imicinə müsbət təsir göstərməyə bilərdi. İkinci səbəb isə seçkilərə hazırlıqla bağlıdır. Liberman seçkilərin vaxtını önə çəkməyi təklif etməklə mütləq əksəriyyətin etibarını qazanmağı hədəfləyib. Hələlik bu barədə birmənalı fikir yürütmək olduqca çətindir. Ancaq İsraildə seçkilər daha çox Netanyahunun iradəsindən asılı olacaq. Çünki seçkilərin vaxtında və ya vaxtından əvvəl keçirilib-keçirilməyəcəyi hələ məlum deyil. İstənilən halda Libermanın partiya sədri kimi fəaliyyəti və İsrail cəmiyyətinə təsiri davam edəcək”.

Səudiyyənin Qaşıqçı cinayətindən diqqətləri yayındırmaq üçün İsraili Fələstinlə yenidən müharibəyə başlamağa təhrik etməsi ilə bağlı yayılan iddialara gəlincə, politoloq ümumiyyətlə belə bir versiyanın mümkün olmadığını deyib.

Q.Hüseynli İsrailin müdafiə naziri vəzifəsinə Təhsil naziri Naftali Bennetinin namizədliyini irəli sürülməsinə də münasibət bildirib:

“İsrailin Baş naziri Benyamin Netanyahu Azərbaycanın dostudur və ölkəmizin mövqeyi ilə bağlı məsələlərdə müsbət rol oynayıb. Demokratik ölkə olan İsraildə xalqın müəyyənləşdirdiyi hakimiyyət heç zaman boşluq yaşamayacaq. Bu baxımdan da müdafiə naziri vəzifəsinə kimin gəlməsindən asılı olmayaraq, İsraillə Azərbaycanın dostluq münasibətləri yenə yüksək səviyyədə qalacaq. Bu, İsrail xarici siyasətinin ana xətlərindən biridir”.

Qeyd edək ki, İsrail Müdafiə naziri, Azərbaycanın dostu Aviqdor Liberman ötən gün istefaya gedib.

Tarix
2018.11.15 / 13:39
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Libbi Şuşaya niyə getdi? - Millerdən ermənilərə cavab

Azərbaycanı Naxçıvanla birləşdirəcək yol - Yeni video

Kilsə Paşinyanı devirə biləcəkmi? – Şərh

Babayev və Overçuk COP29-a hazırlığı müzakirə etdi

Almatı görüşündən nələr gözlənilir? - Markedonov

Rus hərbi texnikaları Xocalıdan çıxdı - Video

Təcili: Qarabağ erməniləri yürüşə silahla qoşulur – Şok video

İlham Əliyev Qələbə paradında iştirak edəcək? - Uşakov

ABŞ və İrəvan arasında ilk illik qərargah danışıqları oldu

Bayramov ATƏT sədri ilə telefon danışığı apardı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla