Yuxarı

Fransa Minsk Qrupundan uzaqlaşmalıdır - Politoloq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

1994-cü ildən bugünədək ATƏT-in Minsk Qrupu həmsədrləri münaqişənin həlli istiqamətində hansısa ciddi bir irəliləyişə nail ola bilməyib.

Bu sözləri Axar.az-a açıqlamasında analitik Ehtiram Aşırlı Qarabağ separatçılarının lideri Bako Saakyanın Fransaya səfərini və bu ölkədə keçirdiyi görüşləri şərh edərkən deyib. O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə çıxışlarında Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ATƏT-in Minsk Qrupu həmsədrlərini ədalətlə, beynəlxalq prinsiplərə uyğun addımlar atmağa və fəal olmağa səsləyib:

“Bu gün münaqişənin həlli ilə bağlı ciddi variant ortaya qoyması üçün həmsədrlərin əlində lazım olan bütün sənədlər var. BMT-nin qətnamələri, beynəlxalq təşkilatların qərarları və beynəlxalq hüquq normaları diktə edir ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunsun. ABŞ da, Rusiya da Dağlıq Qarabağ məsələsinin həlli ilə əlaqədar xeyli dərəcədə öz fikirlərini konkret olaraq ifadə edirlər. Təəssüf ki, Fransa erməni lobbisinin güclü təsiri altında beynəlxalq hüquq normalarına zidd addımlar atmağa davam edir”.

Politoloq bildirib ki, təkcə Bako Saakyanın Fransaya səfəri deyil, bundan öncə Fransa bələdiyyə üzvləri və sədrlərinin dağlıq Qarabağa gəlməsi və “ikitərəfli müqavilələrə” baş vurduqlarını müşahidə etdik:

“Ermənistanın özü tərəfindən tanınmamış, işğalçı ordunun dəstəyi ilə yaradılan qanunsuz qurumun nümayəndəsinə qarşı bu cür münasibət artıq dözülməzdir. Hesab edirəm ki, Fransa bu məsələdə bitərəf olmadığını və bu ölkədəki erməni lobbisinin güclü təsiri ilə addımlar atdığını artıq dəfələrlə təsdiqləyib. Belə olduğu halda Fransanın həmsədrlikdən uzaqlaşdırılması ən məntiqli addım olardı. Minsk Qrupu yeni, daha effektiv və tərəfsiz formatda yenidən təşkil olunmalıdır”.

Tarix
2018.11.15 / 22:22
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Türkiyə İsraillə ticarəti kəsdi: milyardlardan imtina etdi

Kupman Bakıda: Hacıyevlə görüşdü - Foto

Bakı Forumunun yekununda Bəyannamə qəbul edildi

NATO tankları Moskvanın mərkəzində - Foto

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla