Yuxarı

Sərkisyan dedi ki, Ağdam bizim deyil – Erməni politoloq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın keçmiş müdafiə naziri Vigen Sərkisyan Feysbuk sosial şəbəkəsində yazır ki, biz konstruktiv müxalifət olacağıq. Vigen Sərkisyan və Respublikaçı Partiyasına sual vermək olar, konstruktiv müxalifət deyəndə nəyi nəzərdə tutur? Bu kimi həssas məqamlarda fikir ayrılığı yaradan söz deyirlər, sonradan bunu “siyasi bəyanat” adlandırırlar.

Məsələn, vaxtilə Serj Sərkisyan müdafiə naziri olanda Ağdamın bizim vətənimiz olmadığını və torpaqların artırılması məntiqinə uyğun olmadığını, buna görə də boşaldılacağını demişdi. Lakin belə bir bəyanat verən müdafiə naziri istefaya göndərilmədi, əksinə bir ildən sonra Respublikaçı Partiyasının əvəzedilməz liderinə çevrildi.

Teleqraf.com xəbər verir ki, bu sözləri erməni politoloq Akop Badalyan deyib.

Ekspert Serj Sərkisyan və partiyasını bacarıqsızlıqda ittiham edib:

“Hakimiyyətdə olduğu dövr ərzində təkcə sözdə “Kazan sənədi”ni təsdiqləməyə müvəffəq oldu. 2016-cı ilin aprel ayında Azərbaycanla döyüşlər də, Serj Sərkisyanın səhvi idi.

Bütün bu vaxta qədər, Ermənistan Respublikaçı Partiyası səssizcə güzəştləri nəzərdən keçirdi. Prezidentlərin Vyana və Sankt-Peterburq görüşləri haqda da bir söz demədi. Üstəgəl, indi də Nikol Paşinyana kömək etməyə hazırlaşırlar”.

Akop Badalyan hesab edir ki, Serj Sərkisyan və komandasının Ermənistan-Azərbaycan münaqişəsini həll etmək üçün bütün resursları tükənib.

Tarix
2018.11.16 / 00:16
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezident Leonid Kalaşnikovu qəbul etdi

Azərbaycanda 5-ci nəsil qırıcı istehsalı... - Təcili

Bakı və Ankaranı cilovlamalıyıq ki... – Paşinyan

Prezident Quterreşin xüsusi müşavirini qəbul etdi

Paşinyan Başkənddən danışdı: Məsələni qaldırdıq...

"Qara beretlilər" sərhədimizdə “Üzük” əməliyyatı keçirir

Ermənilərin Vardanyanla bağlı şok planı...

ABŞ-ın sanksiya tətbiq etdiyi ilk Azərbaycan şirkəti...

Ukrayna Azərbaycana çağırış etdi

İrəvan sərhədimizdə nə planlaşdırır? - Nikolun məqsədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla