Yuxarı

Əliyevin səfəri İrəvanı isteriyaya saldı – Politoloq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyevin Belarusa rəsmi səfərə getməsi yenidən Ermənistanı isteriyaya salıb.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Hatəm Cabbarlı deyib. O bildirib ki, bir neçə gün əvvəl Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına abş katib seçilərkən üzv dövlətlər arasında rotasiya üsulu ilə növbənin Belarusa gəldiyi, baş katibin Belarusun nümayəndəsi olması haqqında müzakirələr yaşanmışdı:

“Ermənistan mətbuatı iddia edir ki, Belarus Prezidenti Aleksandr Lukaşenko iclasdan dərhal sonra Azərbaycan səfiri ilə görüşərək, KTMT-də baş katib seçilməsi prosesində yaşanan hadisələr barədə “hesabat” verib. Erməni mətbuatı bunu qeyri-adi bir hadisə kimi qələmə verərək, Belarus Prezidentini təhqir etməkdən belə çəkinmədi”.

Politoloq vurğulayıb ki, Ermənistan KTMT-də siyasi ağırlığı olmadığını çox yaxşı bilir:

“Bir ittifaqda olsalar da, Belarus və Qazaxıstanın Azərbaycan ilə hərbi-siyasi və iqtisadi əməkdaşlığı daha güclüdür, nəinki Ermənistan ilə. Bu dövlətlər xüsusilə Dağlıq Qarabağ probleminin həll edilməsi istiqamətində Azərbaycanın mənafeyini qoruyan ədalətli bəyanatlar verirlər ki, işğalçı ermənistan da bunu “həzm edə” bilmir”.

Politoloqun sözlərinə görə, Prezident İlham Əliyevin səfəri zamanı Belarusla ikitirəfli münasibətlər müzakirə edildi:

“Əməkdaşlığın yeni sahələri araşdırıldı və əlbəttə, hərbi əməkdaşlıq məsələlərinə də toxunuldu. Azərbaycan Belarusdan silah alan ölkədir. Hər iki tərəf hərbi və hərbi-texniki əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır.

Ermənistan isə Azərbaycan-Belarus münasibətlərinin inkişaf dinamikasını sadəcə kənardan izləməklə yetinir”.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 18-19-da Belarus Respublikasında rəsmi səfərdə olub.

Tarix
2018.11.20 / 09:00
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Azərbaycan Ordusu Tavuşa atəş açıb? - Ermənistan MN

Litvadan İrəvana: Bakı üçün "Kalininqrad modeli"...

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla