Yuxarı

Azərbaycanlı generalın ot basmış qəbri – Fotolar

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanlı generalın ot basmış qəbri – Fotolar

Azərbaycan hərb tarixinin ən görkəmli nümayəndələrindən biri olan general-leytenant Balakişi Ərəblinskinin Dərbəndin Qırxlar qəbiristanlığındakı qəbri yox olmaq üzrədir.

Axar.az-ın Dərbəndə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, baxımsızlıq ucbatından generalın qəbri bərbad hala düşüb. Dərbənd sakini Ruslan Qurbanovun əməkdaşımıza verdiyi məlumata görə, qəbrə baxan ancaq kənd sakinləridir:

"Dərbənddə ən böyük və ən qədim qəbiristanlıq türklərə məxsusdur. Burada hər bir xalqın öz qəbiristanlığı var. Amma ən böyük qəbiristanlıq bura olsa da, baxan yoxdur. Azərbaycanın bu cür böyük oğlunun qəbiri gördüyünüz kimi bərbad vəziyyətdədir".

R.Qurbanovun sözlərinə görə, dəfələrlə aidiyyəti orqanlara müraciət olunsa da, müraciətlər nəticəsiz qalıb:
"Bu qəbirlərə ancaq kənd sakinləri baxır. Onlardan başqa heç kim bura ilə maraqlanmır. Dəfələrlə məktub yazmışıq, müraciət etmişik, faydası olmayıb. Biz hətta Bakıya da məktub göndərmişik ki, gəlib maraqlansınlar, bizə kömək etsinlər. Amma hələ ki, generalın gözü yoldadı..."

Xatırladaq ki, general-leytenant Balakişi Ərəblinski 1828-ci ildə Zaqatalanın Tala kəndində anadan olub. Mahal rəisi Əlibəyin ailəsində böyüyən Balakişi Peterburqdakı birinci dərəcəli kadet korpusunu 1848-ci ildə müvəffəqiyyətlə bitirib kornet rütbəsi alıb, qısa müddətdə podpolkovnik rütbəsinə yüksəlib. Sonralar diviziya komandiri olan Ərəblinski tam əlli illik xidməti dövründə Rusiyada baş verən bütün yürüş və döyüşlərdə iştirak edib.

1848-49-cu illərdə Vilaqoş qalası uğrunda gedən ağır döyüşlərdə kapitan Ərəblinski də mərdliklə vuruşaraq "Birinci dərəcəli müqəddəs Stanislav" ordeni ilə təltif olunub.

1849-cu ildə Маcаrıstаnda Аvstriyа hökmrаnlığınа qаrşı baş verən üsyanı yatırtmaq üçün rus impеrаtоru Nikоlаy tərəfindən ora göndərilən Ərəblinski daha sonra ikinci böyük yürüşünü 1854-cü ildə Rusiyanın Xivə xanı ilə apardığı müharibədə reallaşdırıb.

1853-56-cı illərdə Krım müharibəsində göstərdiyi igidliyə görə üstü yazılı qılınc və "Müqəddəs Anna" ordeni ilə təltif olunub. Balakişi Ərəblinskinin iştirak etdiyi sonuncu müharibə 1877-1878-ci illərdəki Rusiya-Türkiyə müharibəsi idi.

1898-ci ildə istefaya çıxan general-leytenant Balakişi Ərəblinski Dərbəndə qayıdıb, ömrünün axırına kimi imperator tərəfindən ona hədiyyə olunan torpaq sahəsində yaşayıb.

Balakişi Ərəblinskinin kiçik qızı Sona xanım Hacı Zeynalabdin Tağıyevin həyat yoldaşı idi. General-leytenant Balakişi Əlibəy oğlu Ərəblinski 1902-ci il yanvarın 3-də vəfat edib.

Məzarı Dərbəndin Qırxlar qəbiristanlığında yerləşir.

Bakı-Dərbənd-Bakı

Tarix
2014.10.20 / 22:20
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu - Video

Prezident BƏƏ-nin bir sıra şirkətlərinin rəhbərlərini qəbul etdi

Ərdoğanın müavini Azərbaycana gəlir

Bakı ilə narrativlərimiz ziddiyyətli idi... - Qriqoryan

Tramp buna görə İlham Əliyevə təşəkkür etdi

Eyyubov Moskvada mühüm iclasda: Diqqət çəkən məqam...

Azərbaycan Cənubi Qafqazda yeni reallıqlar yaradır

Sülh sazişinin paraflanması atmosferi dəyişdi - Qriqoryan

Hacıyev Qətər əmirinin milli təhlükəsizlik müşaviri ilə görüşdü

Rusiya Zəngəzur dəhlizinə etiraz etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla