Yuxarı

Rusiyada tənəzzül başlayıb: Bunun cəzasını çəkirik - Sıtin

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın tətbiq etdiyi sanksiyaların rus həyatına və iqtisadiyyatına xüsusi təsiri haqda danışmağa dəyməz. Rusiyada iqtisadi tənəzzül və əhalinin yoxsullaşması prosesi tədricən baş verir və bu, xüsusən yeni ildən özünü göstərəcək.

Bu sözləri Axar.az-a rusiyalı politoloq Aleksandr Sıtin ABŞ sanksiyalarına qarşı Rusiyanın liderliyində hər hansı bir antiamerika koalisiyasının qurulması haqda danışarkən deyib. Ekspert bildirib ki, Rusiya hökuməti və mətbuat hər şeyin yaxşı olduğunu deyir, lakin reallıq fərqlidir:

“Sosioloji xidmətlər sorğular keçirir, nəticələr insanların xoşbəxt olduğunu göstərir, reallıqdan daha xoş bir təsvir yaranır, lakin bu, reallıqda belə deyil. İnsanlar heç nə anlamır, öz səfilləşmələrinin Rusiya hökumətinin avantürist, absurd xarici siyasəti ilə heç bir əlaqəsi olmadığını düşünür. Daha dəqiq desək, Rusiya xalqı başa düşmür ki, kasıblıqlarının səbəbi Krım, Suriya, Donbas və başqa ərazilərin cəzasıdır.

Antiamerika koalisiyasına gəldikdə isə, mənim fikrimcə, bu, ancaq Rusiya Federasiyası Prezidenti yanında Təhlükəsizlik Şurasının üzvlərinin xəstə beyinlərinin məhsuludur. Heç bir koalisiya mövcud deyil, Rusiyanın enerji resurslarının ixracına əsaslanan bir sıra taktiki iqtisadi razılaşmalar var. Bu razılaşmaların məqsədlərində heç bir siyasi və ya hərbi tərkib hissəsi yoxdur. Bir az ciddi siyasi məsələlərdə müttəfiq adlananlar sırasında heç bir ortaq məxrəc yoxdur. Hansı koalisiyadan danışmaq olar?”

Tarix
2018.11.24 / 09:09
Müəllif
Rəfiqə Əlisəfa
Şərhlər
Digər xəbərlər

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla