Putinin növbəti zərbəsinə tuş gələ biləcək ölkələr
Baltikyanı, Azərbaycan, Gürcüstan və Qazaxıstan ola
bilər.
Axar.az "Obozrevatel.com"a istinadən xəbər verir ki, bu açıqlama
ilə şahmatçı Harri Kasparov çıxış edib. O, Rusiyanın Krım
məsələsində oynamamalı olduğunu deyib:
"Əgər Krımda layiqli müqavimət olsaydı, indi Rusiya Donbasda
olmazdı. Sözsüz ki, əgər Qərb real sanksiyalara getməyi bacarsaydı,
biz Rusiyadakı hadisələrin inkşafını müşahidə edərdik. Məncə,
hazırda Putin ətrafına baxıb bundan sonra hansı istiqamətdə hərəkət
edəcəyi ilə bağlı qərar qəbul edir. Onun hakimiyyəti torpaq
toplanılması üzrə bazalaşdırılıb. Onun bunun üçün kifayət qədər
zəngin istiqamətləri var. Bunlar sırasında isə Baltikyanı, Ukrayna,
Azərbaycan, Gürcüstan və Qazaxıstanın adları dayanır".
Xatırladaq ki, hələ bir müddət əvvəl əslən Bakıdan olan erməni
Harri Kasparov Putinə qarşı müxalif mövqeyi ilə fərqlənir.