Yuxarı

İqor Seçin Əliyevə layihələr qovluğunu təqdim edib

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"SOCAR üçün "Rosneft"lə əməkdaşlıq və yanaşı durmaq xeyirli bir şeydir".

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı ekspert İlham Şaban söyləyib. O, İqor Seçinin Bakıda İlham Əliyevə qovluq təqdim etdiyini bildirib:

"Rosneft" hasilatına görə dünyanın ilk beşliyinə daxil olan şirkətdir. Bu şirkət bir gündə 4 milyon barreldən çox neft istehsal edir. 4 milyon barrel il ərzində 200 milyon tondan çox neft deməkdir. SOCAR üçün onunla əməkdaşlıq və yanaşı durmaq xeyirli bir şeydir. Birgə fəaliyyətdə əsasən hasilatda bir yerdə çalışmaq dayanır. Özəlliklə də nəzərə alsaq ki, dövlət neft şirkətinin Azərbaycandan kənarda bir dənə də olsun neft hasilat layihəsi indiyə qədər həyata keçirməyib, o zaman bu təqdirəlayiq addım olardı. 24 mayda birgə müəssisə yaradılanda orada da "Rosneft"lə SOCAR bəyan etdi ki, onların hər ikisinin hasilat sahəsində birgə addım atmaq fikirləri var. Buraya hasilat layihələrini üçüncü ölkələrdə həyata keçirmək məsələsi də aiddir. Maydan bu yana beş ay keçib.

Seçin, mətbuatın yayımladığı fotolarda da göstərildiyi kimi, dövlət başçısına qovluq təqdim etdi. Görünür, artıq böyük bir proqram hazırlanıb və konkret layihələr təqdim edilib. Bundan sonra ilin sonuna qədər hər bir layihə üzrə müqavilələr imzalanacaq. Çünki bu, 2015-ci ildən fəaliyyətə başlamalıdır. Real olaraq harada və necə olacaq, bunu söyləmək hələlik tezdir".

Tarix
2014.10.22 / 15:09
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Kilsə Paşinyanı devirə biləcəkmi? – Şərh

Babayev və Overçuk COP29-a hazırlığı müzakirə etdi

Almatı görüşündən nələr gözlənilir? - Markedonov

Rus hərbi texnikaları Xocalıdan çıxdı - Video

Təcili: Qarabağ erməniləri yürüşə silahla qoşulur – Şok video

İlham Əliyev Qələbə paradında iştirak edəcək? - Uşakov

ABŞ və İrəvan arasında ilk illik qərargah danışıqları oldu

Bayramov ATƏT sədri ilə telefon danışığı apardı

Bakı-Ankara hərbi əməkdaşlığı genişləndirir - Video

Robert Fitso Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla