Yuxarı

İlham Əliyev 2 məktub göndərdi - Yeniləndi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

18:55

Azərbaycan Prezidenti İlham Əliyev Macarıstanın Prezidenti Zati-aliləri cənab Yanoş Aderə təbrik məktubu ünvanlayıb.

Axar.az xəbər verir ki, bu barədə Prezidentin rəsmi saytı məlumat yayıb.

Təbrik məktubunda deyilir:

"Macarıstanın milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Azərbaycan ilə Macarıstanı möhkəm dostluq və əməkdaşlıq münasibətləri birləşdirir. İnanıram ki, ikitərəfli əlaqələrimizin daha da genişləndirilməsi, qarşılıqlı maraq doğuran əməkdaşlığımızın dərinləşdirilməsi yolunda birgə səylərimizi bundan sonra da davam etdirəcəyik.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Macarıstan xalqına daim sülh və rifah diləyirəm".

19:17

Prezident İlham Əliyev Müstəqil Dövlətlər Birliyi iştirakçı ölkələrinin Dəmiryol Nəqliyyatı Şurasının növbəti iclasının iştirakçılarına məktub ünvanlayıb.

Axar.az xəbər verir ki, bu barədə Prezidentin rəsmi saytı məlumat yayıb.

Məktubda deyilir:

"Sizi Bakı şəhərində Dəmiryol Nəqliyyatı Şurasının növbəti iclasının öz işinə başlaması münasibətilə salamlayır, hər birinizə cansağlığı və yeni-yeni nailiyyətlər arzu edirəm.

Beynəlxalq nəqliyyat təşkilatları sırasında Avropa və Asiya ölkələrini birləşdirən Dəmiryol Nəqliyyatı Şurasının özünəməxsus yeri vardır. Şuranın fəaliyyəti sayəsində ölkələrimizin dəmir yolları arasında sıx əməkdaşlıq əlaqələri qurulmuş, yük və sərnişin daşımalarının fasiləsiz təmin edilməsinə, infrastrukturun və hərəkət tərkiblərinin yenilənməsinə, razılaşdırılmış beynəlxalq tarif siyasətinin həyata keçirilməsinə və hüquqi bazanın təkmilləşdirilməsinə nail olunmuşdur.

Azərbaycan Respublikasında nəqliyyat sektoru iqtisadiyyatın inkişafında mühüm mövqeyə malikdir. Bu gün yol-nəqliyyat kompleksinin bütün sahələri sürətlə modernləşdirilir, yalnız ölkə miqyasında deyil, eləcə də region üçün əhəmiyyətli layihələr həyata keçirilir.

Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının və Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin inşası, qəbul olunmuş Dövlət Proqramı çərçivəsində Azərbaycan dəmir yollarının infrastrukturunun yenidən qurulması, həmçinin digər tədbirlər Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə daha böyük həcmdə daşımaların yerinə yetirilməsinə şərait yaradır.

Ümidvaram ki, iclas zamanı dəmiryolu nəqliyyatının aktual məsələləri ilə bağlı aparacağınız geniş müzakirələr gələcək qarşılıqlı fəaliyyətinizin səmərəliliyinin yüksəldilməsinə xidmət edəcəkdir".

Tarix
2014.10.22 / 19:17
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Araikin müsahibəsi buna görə yayımlanmadı - Erməni ekspertdən şok

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla