Yuxarı

Rusiya Bakıya “Abxaziya ssenarisi” mesajını göndərib

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya Bakıya “Abxaziya ssenarisi” mesajını göndərib

"Rusiya yaratdığı separat bölgələri Avrasiya İttifaqına inteqrasiya etmək adı altında ilhaq edə bilər".

Bu sözləri Axar.az-a politoloq Vəfa Quluzadə Abxaziya ilə Rusiya arasında vahid müdafiə sisteminin yaradılması haqqında müqavilənin imzalaması məsələsini şərh edərkən söyləyib.

O, Soçidə Lavrovun bununla bağlı mesaj verdiyini deyib:

"Rusiya Abxaziyadakı variantı Qarabağda tətbiq etməklə bağlı artıq düşünüb. Moskva Soçidə Lavrovun diliylə açıq mesaj verdi. Doğrudur, burada daha çox Moldovaya ünvanlanmış şantaj var idi, amma əslində bu hər kəsə aid edilirdi. Rusiyanın yaratdığı və dəstəklədiyi separatçı ünsürlər hər yerdə var. Bu, Azərbaycanda, Gürcüstanda, hətta indi Ukraynada da peyda olub. Deməli, Rusiya artıq əməli addımlar atır. Bununla da göstərir ki, bu əraziləri Avrasiya İttifaqına inteqrasiya etmək adı altında ilhaq edə bilər. Əslində, bu ilhaqdır. Yəni Krımla bunun heç bir fərqi yoxdur. Abxaziya adlı dövləti dünyada heç kim tanımayacaq. Eləcə də buraya Cənubi Osetiya və Qarabağ da aiddir. Bu, heç vaxt olmayacaq və bunu da hər kəs anlayır. Rusiya bu müqaviləni Abxaziya ilə imzalamaqla digərlərinə real mesaj verir ki, mən sizi hədələmirəm və sadəcə bunu edə biləcəyimi göstərirəm. Hesab edirəm ki, bunun arxasında dayanan məhz bu mesajdır. Bu o deməkdir ki, eyni şey sabah Ukraynada, Moldovada və Azərbaycanda da ola bilər. Onun nə qədər uğurlu olub-olmayacağı artıq başqa mövzudur. Rusiya siyasəti rasional deyil".

Tarix
2014.10.24 / 09:50
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Azərbaycana qardaş ölkə “rəqiblə” dost olur - Səbəb

Bu ölkə Azərbaycanda səfirlik açır - Tarix

Bayramovdan TRİPP layihəsi ilə bağlı mühüm açıqlama

SOCAR-ın YDM-lərindən istifadə edirəm – ATƏT sədri

ATƏT məkanında qeyri-sabit vəziyyət hökm sürür...

İranla əlaqəli şəbəkələr onlardan Bakıya qarşı istifadə edir

Bayramov ATƏT sədri ilə görüşdü

Bakı dərhal hərəkətə keçdi, İsrail prosesi dayandırdı

Ermənistanın İrana ərazi iddiası... - Erməni deputat

Türkiyənin olmadığı masada… - Hikmət Hacıyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla