Yuxarı

Kreml İrəvanla Qarabağ arasına gömrükçü yerləşdirməyə tələsmir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kreml İrəvanla Qarabağ arasına gömrükçü yerləşdirməyə tələsmir

"Ermənistanla Dağlıq Qarabağ arasında gömrükçülərin yerləşdirilməsini yaxın vaxtlarda planlaşdırmırıq".

Axar.az Reqnum agentliyinə istinadən xəbər verir ki, bu açıqlama ilə Federal Gömrük Xidmətinin rəhbəri Andrey Belyaninov çıxış edib.

O, Ermənistana yeni nümayəndə təyin etdiyini bildirib:

"Mənim nümayəndəm tezliklə Ermənistana gedəcək. O, sərhədi ziyarət edəcək, amma erməni gömrükçülərinin işinə müdaxiləni planlaşdırmırıq. Bu gün əsas sual iş dilinin təyin olunması məsələsidir. Rusiya, Belorusiya və Qazaxıstanda biz rus dilindən istifadə edirik, Ermənistanda isə bu, erməni dilidir".

Qeyd edək ki, hazırda Ermənistanla Qarabağ arasında indiyədək gömrük işçiləri yerləşdirilməyib. Burada yalnız sərhədçilər fəaliyyət göstərir. Amma bir müddət öncə Ermənistan Gömrük İttifaqına üzv olmaq istəyərkən Qazaxıstan Prezidenti Nursultan Nazarbayev İrəvanın Qarabağla sərhəddə gömrük keçid məntəqələrinin yerləşdirməsini tələb etmişdi.

Tarix
2014.10.24 / 15:33
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Rusiya Azərbaycanın geri qaytardığı məhsulu satışdan çıxarır

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla