Yuxarı

Səlim Müslümov italiyalı həmkarı ilə görüşdü

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Səlim Müslümov italiyalı həmkarı ilə görüşdü

Nazir Səlim Müslümov İtaliyanın Əmək, Sosial Siyasətlər və Bərabər İmkanlar Nazirliyinin diplomatik konsulu ilə görüşüb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Axar.az-a verilən məlumata görə, bu gün nazirlikdə Gənclər siyasəti üzrə I Qlobal Forumda iştirak etmək üçün ölkəmizdə səfərdə olan İtaliya Respublikasının Əmək, Sosial Siyasətlər və Bərabər İmkanlar Nazirliyinin diplomatik konsulu Paolo Trikilo ilə görüş olub. Tanışlıq məqsədi daşıyan görüşdə İtaliya Respublikasının ölkəmizdəki səfiri Ciampaolo Kutillo da iştirak edib.

Əhalinin sosial müdafiəsinin gücləndirilməsi, əmək siyasətinin təkmilləşdirilməsi, o cümlədən əmək münasibətlərinin elektron informasiya sistemində qeydiyyatı mexanizminin tətbiqi yönündə aparılan islahatları diqqətə çatdıran S.Müslümov gənclərin məşğulluğunun təminatı sahəsində aparılan işlərdən də bəhs edib.

S.Müslümov bu ilin 17-18 oktyabrında İtaliyanın Turin şəhərində keçirilən Avropa Sosial Xartiyası üzrə beynəlxalq səviyyəli konfransa toxunub. O, Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrlik prioritetlərinə uyğun mövzularda keçirilən həmin konfransın Avropa məkanında Avropa Sosial Xartiyasına əsaslanan normativ sistemin gücləndirilməsi və onun tətbiqinin genişləndirilməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.

P.Trikilo bütün sahələrdə dayanıqlı inkişaf tempinə malik olan Azərbaycanda eyni zamanda ümumavropa dəyərlərinə uyğun sosial siyasət kursunun həyata keçirilməsinin, sosial hüquqların təmini baxımından da hər bir kəs üçün bərabər imkanlar yaradılması sahəsində aparılan işlərin təqdirəlayiq olduğunu bildirib. O, ölkəmizdə eyni zamanda gənclərlə bağlı fəal siyasəti yüksək dəyərləndirib, Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə İtaliyanın Əmək, Sosial Siyasətlər və Bərabər İmkanlar Nazirliyinin gələcəkdə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün yaxşı imkanlar olduğunu vurğulayıb.

Görüşdə hər iki nazirliyin fəaliyyət təcrübəsi barədə qarşılıqlı məlumatlar verilib, gələcək əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Tarix
2014.10.27 / 16:36
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Bu halda sülh sazişi üçün heç bir maneə qalmayacaq

Prezident separatçılara verilən cəzadan danışdı

Bizə Fransa ilə heç bir problem lazım deyil - Əliyev

İlham Əliyev Fransa kanalına müsahibə verdi

Bizim çox üstünlüklərimiz var - Prezident

Tramp bununla böyük bir iş gördü - Əliyev

Bu gün Azərbaycan ehtiyac duyulan ölkədir - Prezident

Bu il Bakı və İrəvan arasında sülh sazişi imzalanacaq?

BMT tam iflic vəziyyətə düşüb - Əliyev

Prezident Mayk Sisiliya ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla