Yuxarı

Zakir Həsənov cəbhə bölgəsində - Fotolar

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zakir Həsənov cəbhə bölgəsində - Fotolar

Azəbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən müdafiə naziri general-polkovnik Zakir Həsənov oktyabrın 27-dən başlayaraq cəbhə bölgəsində yerləşən hərbi hissələrin döyüşə hazırlıq səviyyəsinin yoxlanılmasını həyata keçirir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, müdafiənin ön xəttində yerləşən hərbi hissələrə baş çəkən nazir görülən işlər, şəxsi heyət tərəfindən döyüş tapşırığının yerinə yetirilməsinin vəziyyəti, hərbi qulluqçuların vəzifə borclarını bilməsi və qarşıda qoyulan tapşırıqların praktiki cəhətdən icrası ilə maraqlanıb.

Artilleriya hərbi hissəsində qoşunların silahlanmasına yeni daxil edilmiş müasir texnikalara baxış keçirərkən onların effektiv istifadəsi, döyüş imkanları və tapşırıqları bir daha dəqiqləşdirilib.

Əsgər yeməkxanasında nahar edən Z.Həsənov hərbi qulluqçuların mənəvi-psixoloji durumu və sosial şəraiti ilə maraqlanıb. Hərbi tibb müəssisəsində müalicə olunan hərbi qulluqçularla görüşən nazir onların qısa müddətdə sağaldılaraq xidmət yerlərinə qayıtmaları barədə həkim heyətinə göstərişlərini verib.

Hərbi hissələrin ərazisində təmir-tikinti işləri aparılan obyektlərdə və əsgər kazarmalarında olan müdafiə naziri şəxsi heyətin məişət şəraitinin daha da yaxşılaşdırılması və qışa hazırlığın keyfiyyətli təşkili ilə bağlı müvafiq tapşırıqlarını verib.

Tarix
2014.10.27 / 21:27
Müəllif
Axar.az
Digər xəbərlər

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

Düşmənin öhdəsindən gələ bilərik – Pezeşkian

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək...

Azərbaycanla sərhəddə raketlər yerləşdirildi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla