Yuxarı

Lavrovdan Əliyevə: Putin bunu yüksək qiymətləndirir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bizim mövqeyimiz ondan ibarətdir ki, bu təşkilat Qara dəniz regionunda qarşılıqlı fəaliyyət çərçivəsində birgə işimizi səfərbər etməyə davam etməlidir.

Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov Prezident İlham Əliyevlə görüşündə bildirib.

"Sizə Vladimir Vladimiroviç Putinin ən xoş arzularını və salamlarını çatdırıram. O, Sizin strateji tərəfdaşlığımızı irəli aparmağa imkan verən şəxsi münasibətinizi yüksək qiymətləndirir. Artıq hesabladığımız kimi, sizin bu il altı dəfə keçirilən görüşləriniz, son görüşləriniz, o cümlədən qarşılıqlı səfərlər zamanı əldə olunan razılaşmalar yerinə yetirilir. Hökumətlərarası Komissiyanın sabahkı iclası da yəqin ki, sizin razılaşdırdığınız istiqamətlər – ticarətin asanlaşdırılması, büdcə-vergi sahəsinin rəqəmsallaşdırılması, nəqliyyat sahəsində əməkdaşlıq, birgə müəssisələrin yaradılması, Siz qeyd etdiyiniz kimi, humanitar əlaqələr, ən müxtəlif sahələr, o cümlədən bizim əməkdaşlığımızın vacib sahəsi olan Rusiya və Azərbaycanın regionları arasındakı qarşılıqlı fəaliyyətə təkan verəcək. Biz Azərbaycanla beynəlxalq arenada, BMT-də, Avropa Şurasında qarşılıqlı fəaliyyəti qiymətləndiririk. İndi Avropa Şurasının strukturlarında bütün üzv ölkələrin bərabər hüquqlarının təmin olunduğu bu təşkilatın Nizamnaməsinin əsas qaydalarına yenidən baxılması cəhdləri var. Biz ATƏT-də də birlikdə işləyirik", - Lavrov qeyd edib.

Tarix
2018.12.13 / 23:41
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

Əliyevlə Fiko mətbuata bəyanatlarla çıxış etdi

Robert Fikonun şərəfinə rəsmi nahar verildi

Əsədov Qəhrəmanmaraşda: Tapşırıqlar verdi - Foto

Paşinyan: Bakı ilə bu tarixdə sülh bağlayacağıq - Təcili

ABŞ Libbini niyə dərhal Şuşaya göndərdi? - Şok səbəb

İrəvanın təhlükəsizlik doktrinası dəyişdirilməlidir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla