Yuxarı

Zakir Həsənov cəbhə bölgəsində yoxlamalar aparır - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zakir Həsənov cəbhə bölgəsində yoxlamalar aparır - Foto

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov müdafiənin ön xətti boyunca yerləşən hərbi hissələrin hazırlıq səviyyəsinin yoxlanılmasını davam etdiriblər.

Axar.az Müdafiə Nazirliyinin rəsmi saytına istiadən xəbər verir ki, oktyabrın 28-də Müdafiə Nazirliyinin rəhbərliyi gün ərzində birlik və birləşmələrin zabit heyətilə görüşərək, vəziyyətlə yerində tanış olub, qərargahlar tərəfindən tapşırıqların icrasını yoxlayıb, hərbi texnikanın döyüşə hazırlıq vəziyyəti, hərbi qulluqçuların gününün nizam qaydalarına uyğun fəaliyyəti və sosial-məişət şəraiti ilə maraqlanıblar.

Müdafiə Nazirliyinin rəhbərliyi aparılan irimiqyaslı yeni tikinti və əsaslı təmir-bərpa işlərinin vəziyyəti ilə tanış olaraq Azəbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tövsiyələrinə əsasən bölgədə yerləşən hərbi hissələr üçün müasir standartlara cavab verən qərargah binaları, idarəetmə infrastrukturları, hərbi texnikalar üçün isidilən saxlanclar, o cümlədən şəxsi heyətin təhlükəsiz və rahat şəraitdə xidmətinin təşkili məqsədilə əsgər kazarmaları, yeməkxanalar, tibb məntəqələri, çörəkbişirmə sexi, mağazalar, idman şəhərcikləri və digər məişət obyektlərinin inşasına keyfiyyət baxımından xüsusi diqqət yetirilməsinə göstəriş verib. Bildirilib ki, əsgər kazarmaları otaq tipli olmaq şərtilə istirahət və psixoloji-ideoloji otaqlardan, həmçinin sanitar qovşaq, hamam-camaşırxana, qazanxanalardan ibarət olacaqdır.

Eyni zamanda hərbi qulluqçuların və onların ailə üzvlərinin rahatlığının təmin olunması və asudə vaxtlarının səmərəli təşkili məqsədilə dünya ordularının qabaqcıl təcrübəsinə əsaslanaraq tikilən hərbi şəhərciklərdə ailəvi və subay heyət üçün yaşayış binalarının, uşaq baxçalarının, məktəblərin, idman komplekslərinin və ailəvi istirahət mərkəzlərinin inşası da mühüm vəzifə kimi qarşıya qoyulub.

Görülən işlərin 2015-ci ilin yay ayları ərzində başa çatdırılması planlaşdırılır.

Tarix
2014.10.29 / 09:10
Müəllif
Axar.az
Digər xəbərlər

"Azər", yoxsa "Azəri"? - Millət vəkilindən şərh

Hikmət Hacıyev İran XİN başçısının müavini ilə görüşdü

Kartda saxlanılan maaş və pensiyalara əlavə ödəniş...

Bu halda Azərbaycan soydaşlarını qorumaq üçün... - VP

Trampın Bakı ilə bağlı bu addımı İrəvanda diqqət çəkdi

Günay Ağamalı sədr seçildi

ABŞ İrana hücum edəcək? - Pol Qobldan mühüm proqnoz

Cəlalzadə Bakıda kimi hədələdi? - İranla bağlı təhlükə

Ceyms Di Vens Azərbaycana gəlir

Tramp İlham Əliyev və Paşinyana təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla