Yuxarı

ADU-dakı “masajçı qadın” haqda faktlar - Şok

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dillər Universitetinin əməkdaşı Baxşəliyeva Elmira Həsən qızının ittihamları ilə bağlı geniş açıqlama vermək fikrində deyildim, ona görə ki, iş məhkəmədədir. Sadəcə, dostların narahatlığı, israrlı açıqlama almaq cəhdləri müəyyən məqamlara aydınlıq gətirmək zərurəti yaradır.

Axar.az xəbər verir ki, bu sözləri ADU-nun mətbuat katibi Ağa Cəfərli qeyd edib. O bildirib ki, ittihamçıya kadrlar şöbəsindən başqa şöbəyə keçmək təklifi edilib:

“Hətta bu barədə əmr də verilib və o, ADU-nun Həmkarlar Komitəsinə keçirilib.

Bunun da öz səbəbləri var:

I. İş bölgüsündə laborantların şəxsi işləri ilə məşğul olan ittihamçı illər ərzində bu sənədlərin yarıtmaz halda qalmasına səbəb olub, müqavilələrin doldurulmasını və iş şəraitinə uyğunlaşdırılmasını təmin etməyib. Bunu asanlıqla sübut etmək olar - laborantların müqavilə və şəxsi işləri göz önündədir.

II. İttihamçının heç bir ali təhsili yoxdur. O, texnikum belə bitirməyib. Sadəcə, nə zamansa masaj kurslarını bitirib.

III. Özünü iddialı aparmasının nəticəsində 72 ədəd iş müqaviləsini Kadrlar şöbəsindən evinə aparıb, yalnız iki gün sonra gətirib qaytarıb.

IV. Onlarla ADU işçisi ittihamçının özünü aparmasından, ətrafdakılara münasibətindən narazı və şikayətçidir.

V. Laborantların bir neçəsi bir il ərzində üç dəfə ödənişli məzuniyyətə göndərilib”.

Qeyd edək ki, Azərbaycan Dillər Universitetinin əməkdaşı Baxşəliyeva Elmira mediaya universitetin rektoru, tanınmış yazıçı, akademik Kamal Abdulla ilə bağlı şikayət dolu məktublar göndərib.

Tarix
2018.12.19 / 13:06
Müəllif
Aqşin
Şərhlər
Digər xəbərlər

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

Əliyevlə Fiko mətbuata bəyanatlarla çıxış etdi

Robert Fikonun şərəfinə rəsmi nahar verildi

Əsədov Qəhrəmanmaraşda: Tapşırıqlar verdi - Foto

Paşinyan: Bakı ilə bu tarixdə sülh bağlayacağıq - Təcili

ABŞ Libbini niyə dərhal Şuşaya göndərdi? - Şok səbəb

İrəvanın təhlükəsizlik doktrinası dəyişdirilməlidir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla