Yuxarı

Azərbaycanlı dostu Putinin səhhətindən danışdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya prezidenti Vladimir Putinin xəstələnməsi haqqında ABŞ mətbuatının yaydığı xəbərlər Azərbaycan oxucularını da maraqlandırmaqda, onların bəzi kəsimini isə narahat etməkdədir.

Doğrudur, bu xəbər Rusiya prezidentinin mətbuat xidməti vasitəsi ilə təkzib olundu. Lakin bu təkzib istər Qərb, istərsə də yerli mətbuatda bu mövzuda gedən xəbərləri dayandırmadı.

Ona görə də "Yeni Müsavat" qəzetinin müxbiri bu mövzuda mötəbər hesab olunan, V. Putini yaxından tanıyan hüquq elmləri doktoru, professor İlham Rəhimova müraciət edib:

- İlham müəllim, bir çox KİV-lərdə Rusiya Prezidenti V.Putinin səhhəti haqqında müxtəlif məlumatlar yayılmaqdadır. Bu suala siz cavab verməyə də bilərsiniz. Lakin onu yaxından tanıyan bir şəxs kimi sizin bu məsələyə münasibətiniz oxucularımız üçün maraqlı olardı.

- Rusiya Prezidenti Vladimir Putinin səhhətində problemlərin olması barədə məqsədyönlü şəkildə yayımlanan dezinformasiyalar yumşaq desək, "sarı mətbuatın" fantaziyasının məhsuludur, hansı ölkədə olmasından asılı olmayaraq. Onunla bu yaxınlarda görüşmüşəm, sağlamlığına çox adam həsəd apara bilər. Belə xəbərləri yayanların mövqeləri bəllidir, heç bir əxlaqa sığmır. El arasında belə hadisələrə dair çox müdrik misallar mövcuddur, açıqlamağı məqsədə uyğun hesab etmirəm. Həyat davam edir. Mən bu fikirləri ona yaxın olduğum üçün demirəm, ictimaiyyət həqiqəti bilsə yaxşıdır.

Tarix
2014.10.31 / 16:28
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Xankəndidə sahibkarlar işə başladı - Video

İYİ Partiyasının yeni sədri məlum oldu

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Titusun Azərbaycana qərəzi: 44 rəqəmini seçdi... - Foto

Mülki əhali demək olar ki, hər gün təhlükə ilə üzləşir

4 kəndin qaytarılması bu istiqamətdə güclü addımdır

ABŞ-da Azərbaycan və Türkiyə səfirləri görüşdü

Buna görə müstəqil olmadıq, başqalarından asılı yaşadıq

COP29 Qafqazda sülh prosesinə kömək edə bilər - Qafarov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla