Yuxarı

Gürcüstanlılar niyə Azərbaycanda vəzifə tuta bilirlər, amma...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan azərbaycanlıları hazırda Azərbaycan rəhbərliyində təmsil olunan əsas simalardır.

Axar.az Szona.org-a istinadən xəbər verir ki, bu açıqlama ilə gürcü jurnalisti Gela Vasadze çıxış edib.

O, Gürcüstan azərbaycanlılarının Azərbaycanda çox mükəmməl şəkildə təmsil olunduğunu, hətta Naxçıvan əsilli kadrlardan sonra ikinci yerdə gəldiklərini bildirib:

"Böyük şirkətlərin sahibləri, mühüm postları tutan məmurlar və hətta Azərbaycanın Xarici İşlər naziri olmuş şəxslərdən biri Gürcüstan azərbaycanlısıdır. Bu isə onların xeyrinə böyük arqumentdir. Əlbəttə, mən öz həmvətənlərimə görə şadam. Amma mənim ürəyimi ağrıdan məqam belə zəkalı insanların niyə öz potensialını vətənimiz Gürcüstanda reallaşdıra bilməməsidir. Bizim insanları keçid dövründə yaşamaq bezdirib. İndi sualları keçmişlə yox, gələcəklə bağlı vermək lazımdır. Bu gün azərbaycanlıların öz potensiallarını öz ölkələrində canlandırmaq imkanları varmı? Yoxsa belə zəkalı insanlar yenidənmi Gürcüstanı tərk edəcəklər?"

Tarix
2014.11.02 / 19:35
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

Əliyev Berbokla görüşdü

Azərbaycanla Ermənistan arasında müharibə... - Pakayin

Media məkanımızı bundan qorumalıyıq - Prezident

Həmvətənlərimiz Prezidenti belə qarşıladı - Video

Sülhə doğru əlavə addımlar atırıq - Prezident

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

COP29 qarşıdurma arenası olmayacaq - İlham Əliyev

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq... - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla