Yuxarı

ABŞ Türkiyədəki hərbi bazasını niyə köçürmək istəyir?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İki ölkə arasındakı münasibətlər hüquqi əsaslara söykənir və bunun əsasında dayanan ən mühümü 1947-ci ildə Türkiyə və ABŞ arasında imzalanmış strateji münasibətlərlə bağlı sənəddir".

Bu sözləri Axar.az-a Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, politoloq Elman Nəsirov son zamanlar mediada yayılan Türkiyə ərazisindəki İncirlik Hərbi Hava Bazasının Şimali İraqa köçürüləcəyi ilə bağlı məlumata aydınlıq gətirərkən deyib. Politoloqun sözlərinə görə, Türkiyə 1952-ci ildən təşkilata üzv oldu və həmin vaxtdan NATO-nun müttəfiqi kimi çıxış edir:

"Bu həm ikitərəfli, həm də çoxtərəfli şəkildə real müttəfiqlik hesab olunur. Bu münasibətlərdən çıxış edən ABŞ Türkiyə ərazisindəki İncirlikdən Yaxın Şərq siyasəti ilə bağlı müxtəlif konfliktlərin həllində öz hərbi bazası kimi istifadə edib. ABŞ-ın son zamanlar İncirlik Hərbi Hava Bazasının yerini dəyişərək, Şimali İraqa köçürmək istəməsi ilə bağlı planları var. Belə bir proses baş verərsə, bu, ikitərəfli münasibətlərdə anlaşılmazlıqlar yarada bilər. Çünki birdən-birə bu ani dəyişikliyin səbəbi maraq doğurmaya bilməz".

E.Nəsirov prosesin ancaq iki halda baş tuta biləcəyini bildirib:

"Vaşinqtonla Ankara arasında gərginlik yaranarsa, bunun mənfi nəticəsi kimi dislokasiya baş verər və bu, başqa bir məna kəsb edər. Əgər münasibətlərdə hər hansı bir ziddiyyət yoxdursa və ABŞ öz hərbi strateji maraqlarından çıxış edərək yerdəyişmə edərsə, tamam başqa bir məna daşıyacaq. İstənilən halda uzun illərdir ki, ABŞ-ın öz müttəfiqi Türkiyə ərazisində çox güclü bir bazası var. Buna görə də birdən-birə yerdəyişmənin baş verməsi suallar doğurur. Bu üzdən də hələ ki, birmənali cavab vermək çətindir".

Tarix
2014.11.04 / 21:28
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı olacaq

İlham Əliyev Almaniyada: Fotolar nələr “danışır”...

Hindistan Bakının iradlarına cavab verdi

Son vaxtlar Almaniyaya səfərlərim... - Prezident

Şolts bu mübarizəsinə görə İlham Əliyevə təşəkkür etdi

4 kənd qaytarıldı, mərkəz bağlandı: Yaxşı fürsətlər var...

Son görüşdə hər ikiniz məni buna əmin etdiniz - Şolts

Əliyev və Şolts medianın suallarını cavablandırır

Əliyevlə Şoltsun Berlində geniş tərkibdə görüşü başa çatdı

İranlı mollalar özlərini ifşa etdi, Əliyevi təsdiqlədilər!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla