Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
17 İyul 2019


Poroşenko Azərbaycana səfər edəcək

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ukraynanın yeni hökuməti və İqtisadi əməkdaşlıq məsələləri üzrə Ukrayna-Azərbaycan Hökumətlərarası Komissiyasının Ukrayna tərəfdən həmsədri müəyyənləşəndən sonra rəsmi Bakı ilə bir sıra müştərək layihələrin müzakirəsi gözlənilir".

APA-nın xəbərinə görə, bunu Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişşenko deyib.

"Azərbaycanla dostluq əlaqələrimiz həmişə olub. Müştərək komissiya çərçivəsində qarşılıqlı səfərlər olub və olacaq. Azərbaycan prezidenti İlham Əliyev ötən il Ukraynaya səfər etmişdi . Bu il də Ukrayna prezidentinin Azərbaycana səfəri gözlənilir. Lakin səfərin dəqiq vaxtı hələlik məlum deyil. Bununla bağlı Azərbaycan hökuməti ilə danışıqlar aparılmalıdır. Azərbaycan hökuməti ilə bir çox sahədə əməkdaşlıq etmək niyyətimiz var, Azərbaycanın da bu əməkdaşlıqda maraqlı olduğuna inanırıq", - deyə diplomat qeyd edib.

Bir müddət əvvəl Azərbaycanın baş nazirinin müavini, Qaçqınların və məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun qəbulunda olduğunu deyən səfir bildirib ki, görüşdə Krım və Donbasdan olan məcburi köçkünlərin yerləşdirilməsi üçün Azərbaycanın təcrübəsi ilə maraqlanıb: "Əli Həsənov dedi ki, bununla bağlı Ukrayna nümayəndələrini qəbul etməyə, kömək etməyə hazırdır".

Səfir Ukraynanın şərqində keçirilən qondarma seçkilərlə bağlı bir sıra ölkələrə, o cümlədən Azərbaycana müraciət etdiklərini də xatırladaraq "Hazırda Azərbaycan hökumətinin bununla bağlı reaksiyasını, açıqlaması gözləyirik. İnanırıq ki, Azərbaycan bununla bağlı mövqeyini ortaya qoyacaq", - deyə bildirib.

A. Mişşenko Ukraynanın münaqişə baş verən ərazisində Azərbaycan vətəndaşlarının girov götürülməsi və itkin düşməsi barədə onlara hər hansı müraciət olmadığını da qeyd edib: "Ukraynanın şərqində Azərbaycan vətəndaşlarının təhlükə altında olub-olmadığını araşdırmağa hazırıq. Bizim nəzarətimiz altında olmayan bölgələr var, amma yenə də araşdıra, kömək edə bilərik. Kiyevə sorğu göndərib, məsələni araşdırmağa çalışacağıq".

Tarix
2014.11.05 / 13:44
Müəllif
Axar.az
Şərhlər
loading...
Digər xəbərlər

Azərbaycanlı fəalların aclıq aksiyası davam edir

"Meqafon" təxribatçı əməkdaşlarını işdən çıxardı

Keşikçidağ provokasiyası: böyük güclərin geosiyasi maraqları...

Keşikçidağ kimə məxsusdur? - Xələfov nöqtə qoydu

Əli Həsənov: Sərhədçilərimizə qarşı törədilən son təxribat...

Sərhəd naryadına qarşı cinayət əməli baş verdi - Xələfov

Keşikçidağ oyunu açılır: “Reqnum” niyə imtina etdi? - Video

Erməni qatilin öldürdüyü Behbud xanın son sözləri

Saakaşvilidən Bakı və Tiflisə - Müraciət

Gürcüstan XİN-dən Keşikçidağ insidenti ilə bağlı - Açıqlama

KULT
<>
Xəbər xətti
 
e-vetendash
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla