Yuxarı

Nə üçün Azərbaycana səyahət etməyə dəyər? - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliyanın məşhur “SiViaggia” turizm portalında Azərbaycanın bu ölkədəki səfiri Məmməd Əhmədzadənin “Azərbaycanda özünüzü evinizdəki kimin hiss edin: Nə üçün ora səyahət etməyə dəyər” sərlöhvəli müsahibəsi dərc olunub.

Axar.az xəbər verir ki, müsahibəsində diplomat Azərbaycanın zəngin tarixindən, mədəni irsindən, təbiətinin müxtəlifliyindən, xalqımızın qonaqpərvərliyindən, ölkəmizdə yaradılmış müasir turizm infrastrukturlarından və Azərbaycan - italyan xalqlarının oxşar xüsusiyyətlərindən danışıb.

Səfir Azərbaycanda səfərdə olmuş çoxsaylı italyanların bu ölkədə özlərini evlərindəki kimi hiss etdiklərini söyləyib. O, müsahibəsində 2019-cu ildə Azərbaycanda turistlər üçün maraq kəsb edən tədbirlər sırasında Bakıda UEFA Avropa Liqasının final oyununu, Formula 1 yarışlarını, eləcə də paytaxt və bölgələrdə keçiriləcək müxtəlif tədbirləri, bir çox mədəniyyət və musiqi festivallarını diqqətə çatdırıb.

İtaliya turistlərinə Azərbaycana səfər vaxtı getməli olduqları məkanlar barədə danışan diplomat bu xüsusda Bakıda İçərişəhər, Qız qalası, Şirvanşahlar sarayı, Heydər Əliyev Mərkəzi, “Alov qüllələri”, Dənizkənarı Milli Park və onun ərazisində Azərbaycanın “Milan Ekspo 2015” Ümumdünya sərgisində milli pavilyonun yenidən qurulması, Xalça Muzeyi, Qobustan, Yanardağ, Atəşgah, habelə ölkəmizin müxtəlif bölgələrindəki turizm imkanları barədə məlumat verib.

Səfir M.Əhmədzadə italyan turistlərin ölkəmizdə xoş qonaqpərvər mühiti bəyənəcəklərini, “Alov qüllələri”ndən şəhərə açılan mənzərədən, Neapol şəhəri ilə 40 ildən çoxdur qardaşlaşma əlaqələri olan Bakı buxtasının Neapol buxtasına bənzərliyindən heyrətlənəcəklərini diqqətə çatdırıb. Bildirib ki, Azərbaycanda multikultural mühitin göstəricisi olan məkanlar, o cümlədən Bakıdakı “Müqəddəs Bakirə Məryəm” katolik kilsəsi, Qobustanda imperator Domisianın dövründə Roma legionunun burada olduğunu göstərən qayaüstü yazılar, Azərbaycanın təbiətinin müxtəlifliyi, palçıq vulkanları italyan turistlərin marağına səbəb olacaq.

Məşhur venesiyalı səyyah Marko Polonun öz xatirələrində Bakı nefti haqqında danışdığını deyən diplomat ölkəmizin zəngin neft sənayesi tarixindən də bəhs edib, Bakıda Nobel qardaşları muzeyinin də italyanların diqqətini çəkəcəyini bildirib.

Diplomat ailəvi səyahət edən italyanlar üçün də ölkəmizdə rahat və maraqlı infrastrukturun olduğunu deyib, bu xüsusda Bakı bulvarındakı əyləncə və istirahət obyektləri, kiçik Venesiya şəhərciyi, Kukla Teatrı, müxtəlif parklarda, o cümlədən Heydər Əliyev Mərkəzinin parkında uşaqlar üçün əyləncə məkanları, habelə bölgələrdəki dağ-xizək istirahət kompleksləri, eləcə də Novruz bayramı vaxtı təşkil olunan bayram şənliklərindən söhbət açıb.

Müsahibə İtaliyanın tanınmış “Virgilio.it” və “Libero.it” axtarış portallarının da marağına səbəb olub və onların əsas səhifələrində “Azərbaycan niyə 2019-cu ildə ən yaxşı turizm istiqamətidir” sərlövhəsi ilə müsahibəyə keçid yerləşdirilib.

Tarix
2019.01.10 / 23:37
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla