Yuxarı

Dünyanın gözü ABŞ-da: Trampdan mühüm gözləntilər...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

OPEK və Rusiya neft qiymətlərinin 60-70 dollar arasında qalmasında maraqlıdır.

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı Rövşən Ağayev deyib. Ekspert son 10 ildə geosiyasi faktorların neft bazarına daha çox təsir göstərdiyini bildirib:

“Fikir verin, neftin qiyməti iki gündür bahalaşmağa başlayıb. Bunun da əsas səbəbi Trampın Çin və ABŞ arasında gedən ticarət danışıqlarının müsbət sonlanacağına dair verdiyi bəyanatdır. Düzdür, ekspertlər burada iqtisadi amilləri də önə çəkir, ABŞ-da neft ehtiyatlarının 0,5 faiz azaldığını əsas gətirirlər. Ancaq bu, elə də böyük göstərici deyil. Təhlillər də göstərir ki, hazırda bazara təsir edən əsas amil Çin-ABŞ arasında gedən siyasi danışıqlardır. Eyni zamanda, OPEK+ müdaxiləsi də siyasidir. Bilirsiniz ki, ABŞ-ın bununla bağlı çox ciddi təzyiqləri var, hətta OPEK-ə qarşı inhisarçılıqla bağlı qanunun qəbul edilməsi gündəmdədir”.

İqtisadçı qlobal iqtisadi tempin yavaşıyacağını bildirib:

“Xüsusən də Çində son ildə ən aşağı iqtisadi artım qeydə alınıb. 2018-ci ilin nəticələrinə əsasən, bu ölkədə artım 6,4 faiz olub. Çində heç vaxt 7 faizdən aşağı iqtisadi artım olmayıb. Beynəlxalq maliyyə təşkilatları bunun növbəti ildə də davam edəcəyini gözləyir. Əgər dünyada qlobal iqtisadi temp yavaşlamağa davam edərsə, bu, neft qiymətlərinə mənfi təsir göstərəcək”.

Ekspert dünya bazarında neftin gələcək qiymətlərində İran faktorunun əsas rol oynayacağını düşünür:

“Neftin gələcək taleyi ancaq siyasi faktorlardan asılı olacaq. OPEK və Rusiya neft qiymətlərinin 60-70 dollar arasında qalmasında maraqlıdır. ABŞ isə bahalı neftin bu ölkələr üçün ciddi gəlir mənbəyinə çevrilməsinin əleyhinədir. Əgər ABŞ apreldə İran üzərindən neftlə bağlı məhdudiyyətləri götürsə, neftin qiyməti 55-60 dollara səviyyəsində qalacaq. ABŞ İranla bağlı sanksiyalarda 8 ölkəyə etdiyi güzəştdən geri çəkilsə və Tehrana qarşı sanksiyaları sərtləşdirsə, bu halda vəziyyət gərginləşəcək. Bu, İranın dünya bazarından gündəlik ən azı 1,5 milyon barrel nefti geri çəkməsinə səbəb olacaq. OPEK və ABŞ-ın İranın yerini doldura biləcəyini düşünmürəm”.

Ekspert hazırda ABŞ-da vəziyyətin qəliz olduğunu bildirib:

“ABŞ-da yüksək neft qiymətləri inflyasiyaya təhlükə yaradır. İnflyasiya artdıqca FES də faiz dərəcələrini artırır. Digər tərəfdən, neftin qiyməti yüksək olanda ABŞ-da benzin də bahalaşır. Respublikaçılar seçki dönəmində neft qiymətlərinin yüksək olmasında maraqlı deyillər. Çünki bu zaman istehlakçılar iqtisadi fəallıq üçün nəzərdə tutulan vəsaitlərini baha benzinə yönəldirlər. Bu da ölkədə iqtisadi fəallığın azalmasına gətirib çıxarır”.

Tarix
2019.01.11 / 09:13
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla