Yuxarı

Millət vəkili DİN-dəki son dəyişikliklərdən danışdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Millət vəkili DİN-dəki son dəyişikliklərdən danışdı

"Mediada müxtəlif hökumət strukturlarında yeni təyinatlar haqda söhbətlər getsə də, güc orqanlarında dəyişiliklər proqnozlaşdırılmırdı".

Bunu Axar.az-a açıqlamasında millət vəkili Zahid Oruc Daxili İşlər Nazirliyindəki kadr dəyişikliyinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Daxili İşlər Nazirliyindəki kadr dəyişilikləri ölkəmizin təhlükəsizliyinin qorunmasında mühüm yer tutan güc orqanlarından birinin daha peşəkar fəaliyyət göstərməsi məramı ilə həyata keçirilir və cəmiyyət tərəfindən müsbət qarşılanır:

"Hüquq-mühafizə orqanları içərisində mühüm vəzifələri həyata keçirən bir strukturda kadrların rotasiyası və digər dinamik dəyişiliklər, xüsusilə də hüquqi islahatlar polis sisteminin daha peşəkar əsaslarda çalışmasına, vətəndaşların hüquq və azadlıqlarının qorunmasına, ictimai təhüləkisizliyin təminatına xidmət edəcək. Son təyinatlar sübut edir ki, cinayətkarlıqla mübarizədə, "ağ ölüm" kimi səciyyələnən narkotik maddələrin yayılmasına qarşı həyata keçirilən tədbirlərdə və mütəşəkkil cinayətkar dəstələrin zərərsizləşdirilməsində xidmətləri olan şəxslərdir. Yeni təyinatlar polis orqanlarında çalışan və gələcək karyerası haqda düşünənlər üçün də bir stimuldur və yaxşı iadəetmə nümunəsidir. Hesab edirəm ki, hörmətli cənab nazir Ramil Usubovun hər zaman nümayiş etdirdiyi yüksək dövlətçilik əxlaqı, böhranlı situasiyalarda sərgilədiyi prinsipial xarakteri bu gün irəli çəkilən şəxslər üçün ən yaxşı nümunə sayıla bilər".

Millət vəkili onu da qeyd etdi ki, bir parlament üzvü kimi DİN-dəki son dəyişilikləri sıradan bir hadisə kimi deyil, düşününlümüş tədbirlər hesab edirəm və sürətlə dəyişən ictimai təhlükəsizlik çağırışlarına uyğun olduğuna tamamilə əminəm".

Tarix
2014.11.06 / 08:45
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Azad edilmiş ərazilərdə daimi məskunlaşma fondu yaradılır

Onlar bu gündən yeni hüquqi kimlik qazanırlar

Paşinyan Azərbaycanla bu kəndi dəyişmək istəyir

Rusiya təzyiqi artan vaxt Ərdoğanın Paşinyana zəngi...

Erməni əsgərdən Şuşa döyüşü haqda şok sözlər

Bakıda Hindistanla bağlı konfrans keçirilir

Əliyev və Paşinyanın bir araya gəlməsi... - Senator

Hikmət Hacıyev İran səfiri ilə görüşdü

Biz Bakı ilə real nəticələr əldə etmək istəyirik - Orr

Ceyhun Bayramov kanadalı həmkarı ilə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla