Yuxarı

Hər gün nazirlər haqda Əliyevin masasına məlumat qoyulur

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Birbaşa ölkə başçısının kompetensiyasında olan məsələ haqqında hər hansı parlamentarinin fikir söyləməsi və bunu dəqiqliklə bilən ekspertlər kimi davranması yalnış olardı".

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Zahid Oruc çıxış edib.

O, Azərbaycanda görülən bütün işlərin qiymətləndirildiyini bildirib:

"Ramiz Mehdiyevin çıxışından sonra mətbuatda Azərbaycan hökumətində dəyişikliklərin olacağı ilə bağlı baxışlar, təhlillər çox artıb. Bir çoxları hesab edir ki, bu, müəyyən kadr dəyişikliklərinin mesajıdır. Başqa biriləri bunu idarəetmənin effektini artırmaq üçün aparılacaq köklü islahatların anonsu kimi dəyərləndirirlər. Ona görə də birbaşa ölkə başçısının kompetensiyasında olan məsələ haqqında hər hansı parlamentarinin fikir söyləməsi və bunu dəqiqliklə bilən ekspertlər kimi davranması yanlış olardı. Əvəzlənsələr də, yerlərində qalsalar da hər bir şəxs nəzərə almalıdır ki, prezident artıq 2013-cü ilin oktyabrında yenidən seçildikdən sonra komandasında mühüm vəzifə tutan bir neçə şəxsi əvəz etdi. Yenidən təqdimat alan insanlar da bundan bir siqnal kimi ölçü götürməliydilər ki, əvəzolunmaz şəxs yoxdur. Maksimum dərəcədə burada götürülən qayə ondan ibarətdir ki, həmin işlər effektiv qurulsun. Dünyada sanksiyaların tüğyan elədiyi cəmiyyətlərdə idarəçilik, məmur-vətəndaş münasibətlərinin effektivliyi ən ön məsələ kimi qarşımıza çıxır. Ona görə də biz hansı idarələrin effektivliyi, işlərini nə dərəcədə səhih görmələri, vətəndaşlarla birbaşa münasibətə girmələri və digər məsələlər barədə məlumata malikik. Bizdən daha artıq isə dövlətin birinci şəxsi ən müxtəlif mənbələrdən hər bir nazirin işi haqqında, o cümlədən onun rəhbərlik etdiyi strukturun fəaliyyəti barəsində məlumatlar alır. Hər gün cənab prezidentin masası üzərinə çeşidli səviyyədə informasiyalar təqdim olunur. Elə hesab edirəm ki, bağlı qapılar arxasında o strukturların rəhbərlərinə verilən tapşırıqlar kifayət qədər fərqlidir və bəzən onların cəmiyyətə çıxmaması elə bir təəssürat yaratmamalıdır ki, dövlət sistemində hansı problemlərin olduğu bilinmir. Hamı bilməlidir ki, Azərbaycanda görülən bütün işlərin qiymətləndirməsi var".

Tarix
2014.11.06 / 09:00
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla