Yuxarı

İranla Azərbaycan müzakirə apardı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev İranın Rabitə və İnformasiya Texnologiyaları naziri ilə görüşüb.

İqtisadiyyat və Sənaye Nazirliyindən Axar.az-a verilən məlumata görə, Şahin Mustafayev İran İslam Respublikasının Rabitə və İnformasiya Texnologiyaları naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Mahmud Vaezinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Nümayəndə heyətinə enerji, kənd təsərrüfatı, rabitə, bankçılıq, mədəniyyət və s. sahələr üzrə İranın dövlət qurumlarının məsul şəxsləri daxildir.

Görüşdə ölkələrimiz arasında iqtisadi əlaqələrin mövcud vəziyyəti, Hökumətlərarası Komissiyanın sonuncu iclasında əldə olunmuş razılaşmalar üzrə görülən işlər, eləcə də əməkdaşlığın genişləndirilməsi perspektivlərinə dair məsələlər müzakirə edilib.

İran İslam Respublikasının Rabitə və İnformasiya Texnologiyaları naziri Mahmud Vaezi İranın qonşu Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu diqqətə çatdırıb. Mahmud Vaezi Azərbaycan-İran əlaqələrinin yüksələn xəttlə inkişaf etdiyini, əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu qeyd edib.

Görüşdə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının bu ilin avqustunda keçirilmiş 9-cu iclasında əldə edilmiş razılığa uyğun olaraq, aparılan işlərin gedişi barədə fikir mübadiləsi aparılmış, bir sıra sahələrdə ciddi irəliləyişlərə nail olunduğu qeyd edilib.

Tarix
2014.11.07 / 18:56
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

Əliyev Berbokla görüşdü

Azərbaycanla Ermənistan arasında müharibə... - Pakayin

Media məkanımızı bundan qorumalıyıq - Prezident

Həmvətənlərimiz Prezidenti belə qarşıladı - Video

Sülhə doğru əlavə addımlar atırıq - Prezident

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

COP29 qarşıdurma arenası olmayacaq - İlham Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla