Yuxarı

Dağlıq Qarabağ münaqişəsi Kiyevdə müzakirə edildi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

ATƏT Parlament Assambleyasının Kiyevdə keçirilən Büro iclasında ATƏT-in fəaliyyətdə olan sədri, Ukraynanın xarici işlər naziri Leonid Kojara ilə Büro üzvləri arasında Dağlıq Qarabağ münaqişəsinin həlli mövzusunda diskussiya keçirilib.

Bu barədə iclasda iştirak edən Azərbaycanın millət vəkili Azay Quliyev bildirib.

İclasda A.Quliyev bildirib ki, 20 ildir ATƏT-ə sədrlik edənlər Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar eyni bəyanatı verirlər:

"Siz də bu gün ümumi olaraq bu məsələyə toxundunuz. Amma bilmək istərdim ki, sizin sədrliyiniz dövründə münaqişənin həllini ləngidən səbəblərin nədən ibarət olduğunu müəyyən edə bildinizmi? Sizin bu barədə düşüncələriniz maraqlı olardı. Eyni zamanda, gələn ildən ATƏT-ə sədrlik edəcək İsveçrəyə nələri məsləhət görərdiniz ki, problemin tezliklə həlli üçün onları nəzərə alsın".

Sonra ATƏT Parlament Assambleyası sədrinin Cənubi Qafqaz və Dağlıq Qarabağ üzrə xüsusi nümayəndəsi Joao Suareş çıxış edərək Azərbaycan millət vəkilinin mövqeyini müdafiə edib və deyib ki, Bakı və Yerevanda olan zaman Azərbaycan tərəfinin konstruktiv mövqe sərgilədiyinin şahidi olub: "Lakin eyni sözü Ermənistan haqqında demək olmaz".

O, Turkiyənin də rolunun bu məsələdə nəzərə alınmasının vacibliyini vurğulayıb. (Trend)

Tarix
2013.12.05 / 20:08
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyevin Berlin səfəri başa çatdı

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla