Yuxarı

Bu ölkələr Azərbaycana yatırım edərsə... – Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda emal, qida, kimya və müxtəlif beyin sənayelərinə xarici investisiyaların cəlb edilməsi üçün hazırda böyük imkanlar var.

Bu sözləri Axar.az-a Prezident İlham Əliyevin Davos İqtisadi Forumundakı çıxışı ilə bağlı danışan iqtisadçı Rövşən Ağayev deyib. Ekspert qeyd edib ki, Davos İqtisadi Forumu xarici investisiyaların Azərbaycana gəlməsi baxımından mühüm bir platforma rolunu oynaya bilər:

“Ümumiyyətlə, il ərzində Azərbaycana gələn xarici investisiyaların orta hesabla 85 faizi neft sektorunun, 15 faizi isə qeyri-neft sektorunun payına düşür. Qeyri-neft sektoruna yatırılan investisiyaların bir çoxu maliyyə investisiyalarıdır. O üzdən də qeyri-neft sektoruna birbaşa xarici investisiyaların cəlb edilməsi olduqca vacibdir. Xarici investisiyaların ölkəyə, xüsusən də qeyri-neft sektoruna cəlb edilməsi iki baxımdan önəmlidir. Birincisi, xarici investisiya özü ilə inkişaf etmiş texnologiya gətirir. Buna görə də Azərbaycana investisiyaların daha çox Qərb ölkələrindən cəlb edilməsi daha məqsədəuyğundur. Bunu neft sektorunun timsalında daha aydın gördük. Son 20 ildə Azərbaycanda neft sektoru üzrə yüksək və Qərb standartlarına uyğun platformalar qurulub və ölkəyə yeni neft texnologiyaları gəlib. Bu, BP-nin Azərbaycan neft sektoruna böyük töhfəsi idi. Azərbaycanda qeyri-neft sektorunda da bu təcrübənin tətbiq edilməsinə ehtiyac var.

Xüsusilə də Niderland, Fransa və Türkiyədən Azərbaycanın aqrar sektoruna, qida, kimya və neftdən kənar bütün emal sənayelərinə xarici investisiyaların cəlb edilməsi olduqca mühümdür. Sözügedən dövlətlər dünyanın innovativ texnologiyaları əsasında ən inkişaf etmiş kənd təsərrüfatı ölkələridir.

İkincisi, xarici investisiyalar Azərbaycanın yeni bazarlara çıxmasına imkanlar yaradacaq. Üçüncüsü, xarici investisiyaların ölkəyə gəlməsi institusional mühiti beynəlxalq standartlara uyğunlaşdıracaq”.

Tarix
2019.01.23 / 14:53
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı olacaq

İlham Əliyev Almaniyada: Fotolar nələr “danışır”...

Hindistan Bakının iradlarına cavab verdi

Son vaxtlar Almaniyaya səfərlərim... - Prezident

Şolts bu mübarizəsinə görə İlham Əliyevə təşəkkür etdi

4 kənd qaytarıldı, mərkəz bağlandı: Yaxşı fürsətlər var...

Son görüşdə hər ikiniz məni buna əmin etdiniz - Şolts

Əliyev və Şolts medianın suallarını cavablandırır

Əliyevlə Şoltsun Berlində geniş tərkibdə görüşü başa çatdı

İranlı mollalar özlərini ifşa etdi, Əliyevi təsdiqlədilər!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla