Yuxarı

Prezident Davosda mühüm əməkdaşlığın təməlini qoydu

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hər ilin əvvəlində keçirilən Davos İqtisadi Forumu bir növ dünya ölkələri və iri şirkətlərin rəhbərlərinin məmnuniyyətlə bir araya gəldiyi bir tədbirə çevrilib.

Bunu Axar.az-a Prezident İlham Əliyevin Davos İqtisadi Forumundakı çıxışını şərh edən keçmiş maliyyə naziri, professor Fikrət Yusifov deyib. İqtisadçı bildirib ki, forum hökumət rəhbərlərinin öz ölkələrinə investisiya axınına yol açması üçün bir meydana çevrilib:

“Azərbaycan Prezidenti hər il Davos İqtisadi Forumunda məmuniyyətlə iştirak edir. Çünki Azərbaycanın bu forumda bütün dünyaya deyə biləcəyi sözü var. Bu söz ilk növbədə son illər ərzində ölkəmizdə yaradılmış və xarici sərmayələr üçün kifayət qədər münbit olan biznes mühiti haqqındadır. Bu səbəbdən də Prezident forumda müxtəlif səviyyəli görüşlər keçirərək Azərbaycan naminə öz fəaliyyətini davam etdirir. Bəzən böyük bir şirkətin rəbərini və hətta onun müavinini qəbul etməklə ölkəmizin reallıqlarını bu yolla hər kəsə çatdırmaq və hər görüşdən Azərbaycan üçün nəsə əldə etmək istəyini reallaşdırır. Azərbaycanda bütün məmurlar Prezidentin bu səviyyədəki əzmkarlığından nümunə götürsəydilər, iqtisadiyyatın bütün sahələrində indikindən daha yüksək nəticələr əldə edilərdi. Ona görə də hələ ki, etimad göstərilən məmurlar bu baş verənlərdən nəticələr çıxarmalıdırlar. Çünki prezidentin bu məsələlərdə mövqeyi dönməzdir”.

F.Yusifovun sözlərinə görə, prezidentin Davos İqtisadi Forumunun prezidenti Borge Brende ilə keçirdiyi görüş xüsusi əhəmiyyət kəsb edir:

“Çünki bu görüşdə Azərbaycan hökuməti ilə Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzi arasında əməkdaşlığın təməli qoyuldu. Müasir dövrdə dördüncü sənaye inqlabı ilə ayaqlaşmadan, onun nəticələrinin ölkənin iqtisadi müstəvisinə gətirmədən hər hansı bir ölkənin iqtisadi tərəqqi əldə etməsi mümkün deyil. Bu, artıq reallıqdır. İnkişaf etmiş ölkələrin bu sahədəki uğurları göz qabağındadır. İndi bu yolda onlarla ayaqlaşmağı bacaracaq inkişaf etməkdə olan hər bir ölkə gələcək iqtisadiyyatının uğurlu təməlini indidən formalaşdırmış olacaq. Azərbaycan Prezdenti bunun fərqindədir və o, bu naliyyətlərin tezliklə ölkənin iqtisadi sferasında işləməsinin nə demək olduğunu çox yaxşı bilir. Bu səbəbdən də Prezidentin bu məsələdə mövqeyi olduqca ciddidir. Prezident Davosda ona ünvanlanan sualları cavablandıraraq Azərbaycanda aparılan iqtisadi siyasətin mahiyyətini açmaqla ölkəmizin yaxın və uzaq perspektiv üçün iqtisadi strategiyasının əsas məqamlarını da diqqətə çatdırdı. Bir sözlə, hər dəfə olduğu kimi bu dəfə də Azərbaycan Prezidentinin başçılığı ilə Dünya İqtisadi Forumunda aparılan işlər ölkə iqtisadiyyatına yeni xarici sərmayələrin cəlb edilməsinə yol açacaq”.

Tarix
2019.01.23 / 15:12
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla