Yuxarı

"Neolit"dəki hadisəni şişirtmək doğru deyil - Məhəmmədov

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çeçenlər və azərbaycanlılar əsrlər boyu dostluq edir və bir-birlərini dəstəkləyirlər.

Axar.az xəbər verir ki, bunu Azərtac-ın müxbiri ilə söhbətində Orenburq vilayətinin Akbulak rayonundakı “Kirova” MMC kənd təsərrüfatı müəssisələrinin rəhbəri Sayd-Husen Məhəmmədov söyləyib.

O qeyd edib ki, Orenburqda çeçen və Azərbaycan diasporları birgə tədbirlər həyata keçirir, milli bayramları birlikdə qeyd edirlər. S.Maqomadov deyib: “Bizi ortaq tarix, dini, mədəni və qohumluq əlaqələri birləşdirir. Orenburq vilayətindəki Azərbaycan diasporunun rəhbəri Yaşar Məsimov bizi bütün tədbirlərə dəvət edir. Biz daim bir-birimizi dəstəkləyir, bir masa arxasında toplaşır və çörəyimizi paylaşırıq”.

Orenburqdakı çeçen diasporunun nümayəndəsi Moskvada çeçenlər və azərbaycanlılar arasında son hadisələri “təxribat” adlandırıb. “Kimin haqlı, kimin günahkar olduğuna yalnız hüquq-mühafizə orqanları qiymət verməlidirlər. Hesab edirəm ki, bir neçə insanın təqsirinə görə bütöv xalqları qarşı-qarşıya qoymaq, adi bir hadisəni şişirtmək doğru deyil”,- deyə o vurğulayıb.

Tarix
2019.02.16 / 21:28
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

Əliyev Ştaynmayerlə görüşdü, xatirə kitabını imzaladı

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

Əliyev Berbokla görüşdü

Azərbaycanla Ermənistan arasında müharibə... - Pakayin

Media məkanımızı bundan qorumalıyıq - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla