Yuxarı

Məmmədyarovla Mnatsakanyan görüşmədi: nə baş verir?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Münhen Təhlükəsizlik Konfransında görüşməməsi diqqəti cəlb edib.

Axar.az xəbər verir ki, hələ bir müddət əvvəl Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyanın Münhendə görüşəcəyi barədə məlumat yayılmışdı.

Z.Mnatsakanyan bir müddət öncə Münhendə E.Məmmədyarovla görüşəcəyini istisna etməmişdi. O, 29 yanvarda verdiyi açıqlamada görüşlə bağlı tərəflərin razılıq əldə etməyə çalışdıqlarını bildirmişdi: “Bizim irəliyə doğru hərəkət etməyimiz aydındır. Görüşün zamanı və digər məsələlərə gəlincə isə biz çalışırıq bunu razılaşdırıb, ictimaiyyəti məlumatlandıraq”.

E.Məmmədyarov isə 15 fevralda, Münhendə ikən Rusiya mediasına açıqlamasında Mnatsakanyanla görüşə ümid etdiyini bildirmiş, hətta iki ölkə liderlərinin sammitinin “Ermənistandan olan həmkarı” ilə görüşdə müzakirə ediləcəyini qeyd etmişdi. Həmçinin nazir bildirmişdi ki, Münhendə ayaqüstü olsa da, erməni həmkarı ilə mütləq görüşəcək.

Maraqlıdır ki, bu gün Münhen Təhlükəsizlik Konfransı başa çatsa da, nazirlərin, ayaqüstü olsa belə, görüşü ilə bağlı heç bir məlumat yoxdur.

Politoloq E.Şahinoğlunun sözlərinə görə, görüşün baş tutmaması daha yaxşıdır:

“Elə yaxşı ki, görüşüb müzakirə aparmadılar. Münhen Təhlükəsizlik Konfransından əvvəl “Xəzər aktual” proqramında açıq söylədim ki, xarici işlər nazirlərinin görüşünə ehtiyac yoxdur, bu bizə sərfəli deyil, çünki Baş nazir Nikol Paşinyan və onun komandası Qarabağ danışıqlarına hazır olmadığını hər dəfə bəyan edir. İşğalçı ölkənin təmsilçiləri detallı danışığa hazır deyilsə, görüşlərdən status-kvonu uzatmaq üçün istifadə edirsə və edəcəklərsə, biz niyə görüntü xatirinə bu görüşlərdə iştirak etməliyik?"

Qeyd edək ki, Z.Mnatsakanyan Münhendə Rusiya XİN rəhbəri Lavrovla Qarabağ münaqişəsini müzakirə etdi. E.Məmmədyarovun isə Sergey Lavrovla da görüşü olmadı.

Tarix
2019.02.17 / 23:46
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla