Yuxarı

Abovyan “Neolit” davası ilə bağlı çağırış etdi, sonra… - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Erməni təbliğatının liderlərindən biri, keçmiş radio aparıcısı, Ermənistan Parlamentinin və İrəvanın Ağsaqqallar Şurasının hazırkı deputatı Arman Abovyan sosial şəbəkə hesabında Rusiyada azərbaycanlılar və çeçenlər arasında baş vermiş insidentdən maksimum şəkildə istifadə etməyə çağırışı qalmaqal yaradıb.

Bu barədə Axar.az-a Qafqaz Tarixi İnstitutunun direktoru, Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Hüquqları İnstitutunun baş elmi işçisi Rizvan Hüseynov danışıb.

Qeyd edək ki, Abovyan münaqişə vəziyyəti zamanı sosial şəbəkə hesabında yazıb:

"Deməli, uşaqlar, sizin əlbəttə ki, bizim üçün xoş hadisədən xəbəriniz var, mən Moskvada azərbaycanlılar və çeçenlər arasında baş vermiş qarışıqlıqdan danışıram. Bununla əlaqədar qarşımızda hansı vəzifələr var? Öncə, münaqişənin sosial şəbəkələrdə daha da alovlanması üçün əlimizdən gələni edirik, ancaq bunun üçün erməni adlarından istifadə etmirik ki, bizi vəziyyətin gərginləşdirilməsində heç kəs ittiham edə bilməsin. Qarşıdurmanın hər iki tərəfi adından təhqiredici şərhlər yazın. Çox aydın və dəqiq addımlar atmalıyıq. Biz bu vəziyyətdən maksimum faydalanmalıyıq. Yeni qarşıdurma bizim üçün uğur olacaq, ancaq istənilən halda bizim ən əsas vəzifəmiz nifrət və nifaq toxumlarını əkməkdir".

Son günlər sosial şəbəkələrin erməni istifadəçilərinin Azərbaycan və Çeçenistan arasında nifrət və qarşıdurma yaratmaq üçün baş verənlərdən fəal şəkildə istifadə etdiyi müşahidə olunub. Burada xalqlar arasında gərginliyi yüksəltmək əsas məqsəd olub.

Erməni deputatın yazdıqları Azərbaycanda olduğu kimi, Çeçenistanda da geniş rezonans doğurduqdan sonra sözügedən paylaşım Abovyanın səhifəsindən yoxa çıxıb.

Dərhal sonra isə erməni millət vəkili “inkar” taktikasına əl atıb. Məlum paylaşımdan 10 saat sonra Abovyan daha bir şərh yazıb (dəyişiklik olmadan tərcümə edirik):

“Təxribatla bağlı rəsmi bəyanat. Bu gün sosial şəbəkələrdə mənim adımdan çeçenlərlə a...baycanlılar arasında konflikti şişirtməyə çağırış edilmiş paylaşımın skrinşotları yayılıb. Bəyan edirəm ki, bu açıq-aydın axmaqlıq və təxribatdır. Mən sözügedən iyrəncliyin müəllifi deyiləm”.

Diqqət edin, nifrətə təhrik edən postundan imtina edən bu şəxs bütün bunlarla yanaşı “azərbaycanlılar” sözünün yazılışında müxtəlif mənalara gələ biləcək çoxsaylı nöqtələr qoyur. Bəs bu iyrənclik deyil? Sadəcə Abovyan bir neçə saatdan sonra anladı ki, onun bu postu bumeranq effekti verə və düz erməni təxribatçıların qaşlarının ortasına uça bilər. Ona görə də geri çəkildi...

Qeyd edək ki, Aşot Melkumyan adlı istifadəçinin paylaşımı da geniş müzakirə mövzusuna çevrilib (Skrin təqdim edilir). O yazıb:

“Dünən azərbaycanlılar və çeçenlər arasında mübahisə barədə eşitdim. Düşünürəm ki, bizim planımız alındı, biz bunu gözləyirdik. Necə də qızmar olacaq. Bu bizim üçün müsbətdir, çünki azərbaycanlıları məhv etmək lazımdır. Onlar bir-birilərinin ətini yeyəndə biz çeçenlərə deyəcəyik: “Görürsünüz, onlar bizim kimi sizi də məhv etmək istəyirlər”. Çeçenlərin azərbaycanlılara nifrət etməsi üçün məhz bunu demək lazımdır. Bir daha deyirəm, bizim planımız alındı və bu bizim azərbaycanlılar üzərində qələbəmizdir”.

P.S. Hər nə qədər yumşaq dillə desək, bizim dostsevməyən qonşularımız azərbaycanlılar və çeçenlər arasındakı bu kiçik münaqişəni alovlandırmağa çalışsalar da dostluq, qardaşlıq, tarixi bağlar, sağlam düşüncə üstün oldu. Bu gün sosial şəbəkələrin Rusiya, Azərbaycan və Çeçenistan seqmentlərində bu ölkələrin nümayəndələrinin dost kimi birlikdə əyləşdikləri və qardaş kimi qucaqlaşdıqları videomüraciətlər yayılır. Necə deyirlər, məhz “sübut edilməsi vacib olan kimi...”

Tarix
2019.02.18 / 12:36
Müəllif
Əli, Orxan
Şərhlər
Digər xəbərlər

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla