Yuxarı

İbrahimbəyov Bakıda Milli Şuranı sildi: sübut etdi ki...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rüstəm İbrahimbəyovun Bakıya gəlişi bir daha Milli Şuranın yaranma prosesinə diqqət çəkməyə imkan yaradır.

Bu sözləri Axar.az-a yazıçı-dramaturq Rüstəm İbrahimbəyovun ötən həftəsonu Bakıya gəlişinə münasibət bildirən analitik Elçin Mirzəbəyli deyib. Onun sözlərinə görə, bu məsələ bir daha sübuta yetirir ki, Rüstəm İbrahimbəyovun siyasətə qoşulmasının arxasında ayrı-ayrı qüvvələr dayanır:

“Aydın məsələdir ki, o, bu prosesə təhrik olunub və əslində Azərbaycana qarşı antimilli fəaliyyət göstərən Milli Şuranın formalaşması prosesində sadəcə marionet fiqurlardan olub. Əks təqdirdə, bu adam keçdiyi yola, vaxtilə birlikdə olduğu insanlara azacıq da olsa, müəyyən sayğı nümayiş etdirərdi. Digər tərəfdən, Rüstəm İbrahimbəyovun Bakıya gəlişi Milli Şuradakı birliyin zorən birlik olduğunu açıq sübuta yetirir. Yəni bu adamları Milli Şurada kənardan olan qüvvələr bir araya gətirmişdilər, onlar da dağıtdılar. Real görüntü məhz bundan ibarətdir”.

E.Mirzəbəyli bildirib ki, Rüstəm İbrahimbəyovun siyasətdə təsadüfi və qeyri-ciddi bir insan olduğu faktiki olaraq göz qabağındadır:

“Onun siyasətə gəlişi necə təsadüfi idisə, faktiki olaraq bu və ya digər məsələlərlə bağlı proseslərdəki iştirakı, o cümlədən ermənilərin xeyrinə çəkdiyi film də şəxsi düşüncə və qənaətlərdən uzaq, kənardan idarə olunan bir məsələ idi. Əslində, əsas mənzərə də elə göz qabağındadır”.

Qeyd edək ki, Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyov 2013-cü il prezident seçkilərində iştirak qərarından sonra Azərbaycana qayıtmaqdan imtina etmişdi.

Onun barəsində hər hansı cinayət araşdırması olmasa da, İbrahimbəyov həbs təhlükəsini nəzərə alıb Azərbaycana gəlmədiyini bildirmişdi.

Onun fevralın 15-də Bakıya səfəri və özünün 80 illik yubileyini ölkənin tanınmış simaları ilə paytaxtda təmtəraqla qeyd etməsi və oraya fəxri sədri olduğu Milli Şuradan kimsəni dəvət etməməsi yazıçı-dramaturqun siyasi hakimiyyətlə arasındakı problemi aradan qaldırdığını göstərir.

Üstəlik, o, Bakıda eks-sədri olduğu Milli Şuranın üzvlərindən heç biri ilə görüşməyib. Yubiley mərasiminə də etika naminə belə Milli Şuradan heç kəsi dəvət etməməsi R.İbrahimbəyovun bu qurumu faktiki olaraq sildiyini göstərir.

Tarix
2019.02.18 / 13:15
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Əliyev güclü liderdir, sözünün ağasıdır - Solonnikov

Nikol "bu həftə müharibə olacaq" dedi - Rusiyadan reaksiya

Paşinyan Stoltenberqlə görüşdü

Bakı-Tiflis əməkdaşlığı yeni sahələri əhatə edəcək

İrəvandan anklavlarla bağlı açıqlama: Sərhəd boyu...

Güneylilər Cenevrədə aksiya keçirdi

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla