Yuxarı

Uğurları qəbul etməyən bir qrup marginal... – Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hər bir cəmiyyətin siyasi sistemi onun maraqlarını təmin etmək üçün yaradılan funksional və institusional qurumları milli məqsədlərə nail olma mexanizmi kimi müəyyənləşdirilir. Beləliklə, dövlət dediyimiz sosial təsisat siyasi sistem tərəfindən idarə olunan xüsusi aparata çevrilir. Bu prosesə cəmiyyəti təşkil edən ən müxtəlif siyasi və ideoloji dünyagörüşün daşıyıcılarının cəlb edilməsi əslində cəmiyyətin hər bir üzvünü prosesin iştirakçısına çevirməklə onun potensialından milli maraqların həyata keçirilməsində istifadə etmək məqsədi daşıyır.

Bu sözləri Axar.az-a Prezidentin İctimai siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun “Müxalifətçilik missiyası və Azərbaycanın milli maraqları” adlı məqaləsini şərh edən millət vəkili Hikmət Babaoğlu deyib. Millət vəkili bildirib ki, hazırkı mürəkkəb tarixi mərhələdə milli dövlətlərin öz maraqlarını müdafiə etməsi çoxlu təhdidlərlə üzləşir və hər gün bir az daha çətinləşir:

“Çünki tarixin amansız mübarizəsində hər xalq öz maraqlarını qorumalıdır və bu da gərgin rəqabət kontekstində baş tutur. Ona görə də qlobal aktorlar milli dövləti uzun və yorucu rəqabətdə taqətdən salmaq üçün onun daxili enerjisindən özünə qarşı istifadə edirlər. Məsələn, ölkədaxili müxalifəti iqtidara qarşı qoymaqla hakimiyyəti zəiflədir və bunu öz maraqlarını təmin etmək üçün bir alətə çevirirlər. Azərbaycanın həyata keçirdiyi müstəqil siyasət və aparılan islahatlar ölkəmizi daha güclü etdiyi üçün bu, rəqiblərimizi ciddi şəkildə narahat edir. Son aylarda müxalifətin fəallaşması da məhz bu kontekstdə nəzərdən keçirilməlidir. Əslində, sağlam məntiqlə ölkənin inkişafı müxalifəti məmnun etməlidir, ancaq bizdə bunun əksi baş verir. Əldə edilən uğurlar müxalif düşərgəni qıcıqlandırır. Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov “Müxalifətçilik missiyası və Azərbaycanın maraqları” adlı məqaləsində məhz bu problemi analiz edərək, ən son siyasi tariximizdə baş verən hadisələr kontekstində belə yanaşmanın səbəblərini arqumentlərlə izah edir. Bəlli olur ki, Azərbaycanda müxalifətçilik bir çox hallarda milli məqsədlərə xidmət edən missiya deyil, tam əksinə, milli maraqlarımıza zərbə vuran alət kimi çıxış edir”.

Millət vəkili vurğulayıb ki, doğurdan da Əli Kərimli və onun kimi xüsusi missiya yerinə yetirən bir qrup marginalın fəaliyyəti xalqın maraqlarına hesablanmış siyasi fəaliyyətdən daha çox, xalqa qarşı olanların maraqlarının qorunması kimi qiymətləndirilə bilər:

“Diqqət etsək, görəcəyik ki, bu müxalifətçilik uğurları qəbul etməyən, milli inkişafa qısqanclıqla yanaşan, xalqdan yana yox, belə demək mümkündürsə, problemlərdən yana olan müxalifətçilikdir. Ona görə də siyasi aktiv fərdlər tərəfindən dəstəklənməyən , sosial siyasi elektoratı olmayan müxalifətçilikdir. Əgər belə olmasaydı, bütün dünyanın təqdir etdiyi inkişafımızı və ölkəmizdə aparılan çoxşaxəli islahatları tənqid yox, təqdir edərdilər. Çünki milli marqlarımız birbaşa bunu tələb edir. Düşünürəm ki, professor Əli Həsənov bu kimi məqamları milli maraqlarımız baxımından çox doğru anaiz edərək, Azərbaycanda Prezident İlham Əliyevin siyasətinə alternativ siyasətin olmadığı qənaətində tamamilə haqlıdır”.

Tarix
2019.02.19 / 23:05
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

Ceyhun Bayramov Türkiyə xalqını təbrik etdi

Şeytan yuvası yerlə-yeksan edildi - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla