Yuxarı

Prezident CQD ilə bağlı şübhələrə son qoydu – Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənub Qaz Dəhlizi layihəsinin beynəlxalq əhəmiyyəti günü-gündən artır.

Bu sözləri Axar.az-a Prezident İlham Əliyevin Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin V toplantısındakı nitqini şərh edən millət vəkili Azər Badamov deyib. Millət vəkili vurğulayıb ki, ölkə başçısının rəhbərliyi altında gələcəyə əsaslanan beynəlxalq və iqtisadi siyasət öz bəhrəsini verir:

“Cənub Qaz Dəhlizi reallaşan zaman bəzi ölkələr bu qədər böyük maliyyə tutumlu bir layihənin icrasına şübhə ilə yanaşırdılar. Ancaq Prezident ötəngünkü çıxışı ilə bu şübhələrin üstündən birdəfəlik xətt çəkdi. Azərbaycan artıq Cənub Qaz Dəhlizi layihəsini başa çatdırmaq üzrədir. Hətta layihə yekunlaşdıqca ona maraq göstərən ölkələrin sayı da artır. Çünki CQD Avropa qitəsinə yeni enerji resursların idxalını nəzərdə tutan mühüm bir istiqamətdir. Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin V toplantısında iştirak edən ölkələrin sayının 17-yə çatması və iclasa əlavə olaraq üç ölkənin nümayəndəsinin qatılması onu göstərir ki, layihənin beynəlxalq əhəmiyyəti günü-gündən artır”.

Millət vəkilinin sözlərinə görə, Cənub Qaz Dəhlizinə marağın artması layihənin əhatə dairəsini daha da genişləndirə bilər:

“Yəni ixrac olunan qazın həcmi nəzərdə tutulandan da artıq ola bilər. Çünki layihəyə investisiyalar yatırmaq istəyən ölkələrin sayı artır və bu, Azərbaycanın növbəti biri uğuru kimi qeyd edilməlidir”.

Tarix
2019.02.21 / 12:48
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla