Yuxarı

Qətər ona sanksiya tətbiq edən ölkəyə niyə əsgər göndərdi?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əslində bu cür addımlarla Qətərin Ərəb Ölkələri Liqasına inteqrasiyasına sanki start verməyə çalışılır.

Bu sözləri Axar.az-a Qətərin Səudiyyə Ərəbistanına əsgər göndərməsinə münasibət bildirən analitik Vüqar Zifəroğlu deyib. O bildirib ki, bundan əvvəl “Ərəb NATO-su”nun yaradılması ilə bağlı ideya ortaya atılmışdı:

“Şübhəsiz ki, bu ideyanın müəllifi məhz ABŞ idi. Məqsəd Yaxın Şərqdə ərəb ölkələrinin rolunu qaldırmaq, eyni zamanda, Səudiyyə Ərəbistanının ərəb dövlətləri içərisində nüfuzunu yüksəltmək və onun liderliyi altında ərəb hərbi birliyini yaratmaqdan ibarət idi. Bu ideyanın müzakirəsi uzun vaxt aparsa da, məhz Qətər böhranının ortaya çıxması bu ideyanın reallaşmasının qarşısını aldı. Qətər böhranı çox ciddi fəsadlara gətirib çıxardı, ərəb ölkələrinin öz içində müəyyən parçalanmaların yaranması ilə nəticələndi. Eyni zamanda İran faktorunun ərəb ölkələri içərisində kifayət qədər ciddi əhəmiyyət daşıdığı reallığını ortaya qoymuş oldu. Bu mənada yenidən hansısa bir şəkildə bu ideyaya dəstək olaraq, hərbi təlimlərə start verilməsi və burada Qətərin də iştirakının təmin edilməsi bu təşəbbüsün reallaşması istiqamətində müəyyən addımların atılmasının göstəricisi hesab oluna bilər”.

Analitik vurğulayıb ki, bu gün maksimum dərəcədə ərəb hərbi birliyinin yaradılmasına çalışılır:

“Çünki bu, hazırda Qərbə, ərəb ölkələrinə çox lazımdır. İran və Yaxın Şərqdə son 5 ildə kifayət qədər aktiv siyasət yürüdən Türkiyə faktoruna görə bunun yaradılması çox vacibdir. Həm İran, həm də Türkiyə faktoru Yaxın Şərqdə ərəb ölkələrinin ortaya çıxmasına və onların öz mövqelərini gücləndirməsinə ciddi əngəllər törədir”.

Analitikin sözlərinə görə, ikinci məsələ Qətərin özünün Yaxın Şərqdə oynadığı rolla bağlıdır:

“Qətər kiçik ölkə olmasına baxmayaraq, ABŞ-ın Yaxın Şərqdə istər hərbi, istərsə də iqtisadi baxımdan ən çox yatırım etdiyi ölkədir. Qətər Avropanın iqtisadiyyatına kifayət qədər ciddi təsir etmək gücünə malikdir. Bu mənada təbii ki, Qətəri əldən buraxmaq istəməzdilər. Gələcəkdə bunun nə dərəcədə mümkün olacağını zaman göstərəcək”.

Qeyd edək ki, Qətər əsgərləri “Əl-Cəzirə qalxanı 10” adlı təlimlərdə iştirak etmək üçün Səudiyyə Ərəbistanına gedib. Təlimlərin martın 12-nə qədər davam edəcəyi gözlənilir.

Tarix
2019.02.21 / 13:39
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla